18 Aprel 2024, Cümə axşamı
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu

Ölkə futbolu

İcraiyyə Komitəsində qəbul olunan qərarlar

Bu gün “Hilton” otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının İcraiyyə Komitəsinin yeni seçilmiş heyətlə ilk iclası keçirilib. Futbolxeber.az saytının məlumatına görə, aparılmış müzakirələrdən sonra aşağıdakı qərarlar qəbul olunub:

1. Rauf Əliyev AFFA-nın I vitse-prezidenti, Elşad Nəsirov vitse-prezidenti seçilib.

2. Elxan Məmmədov növbəti müddət – 4 il üçün AFFA-nın baş katibi vəzifəsinə təsdiq olunub.

3. AFFA-nın Hakimlər Komitəsinin, Hakim-İnspektorlar Komitəsinin, İntizam Komitəsinin, Oyunçuların Statutusu və Transferi Komitəsinin və Apellyasiya Arbitraj Tribunalının tərkibi aşağıdakı kimi təsdiq olunub:

Hakimlər Komitəsi

Xəqani Məmmədov - sədr

Kərim Ağayev

Rafiq Pənahpur

Ramiz Mustafayev

Səfər Haşımov

Hakim-İnspektorlar Komitəsi

Əli Hüseynov - sədr

Bəşir Əliyev

Tofiq Şükürov

Əsgər Əmirəliyev

Vüsal Əliyev

İntizam Komitəsi

Tofiq Fətullayev - sədr

İlqar Əliyev

Məlik Həsənov

Altay Zahidov

Ağamehdi Mehdiyev

Erkin Hüseynov

Rasim Zeynalov (inspektor)

Oyunçuların Statutusu və Transferi Komitəsi

Rəmiş Malıyev - sədr

Musa Qurbanov

Zamiq Hüseynov

Orxan Hüseynzadə

Nailə Rüstəmzadə

Apellyasiya Arbitraj Tribunalı

Muxtar Babayev - sədr

Vasib Əkbərov

Arif Fərəcov

Zaur Qəhrəmanov

Ziya Babayev

Murad Heydərov

4. Oyunçuların Statutusu və Transferi Komitəsi, Apellyasiya Arbitraj Tribunalı, İntizam Komitəsi, Media Komitəsi və Vasitəçilərlə bağlı normativ sənədlər təsdiq olunub.

6. Topaz Premyer Liqasında çıxış edən klubların cərimələrinin və legionerlər üçün rüsumun məbləği olduğu kimi saxlanılıb.

7. “Bakcell Arena” AFFA-nın balansında saxlanılmaqla “Neftçi” PFK-nın istifadəsinə verilib.

8. Rafiq Mirzəyev Azərbaycan U-16 yığmasının baş məşqçisi təyin olunub.

9. UEFA U-17 Avropa çempionatı Azərbaycan-2016-nın Yerli Təşkilat Komitəsinə rəhbərlik AFFA-nın baş katibliyinə tapşırılıb.

10. İcraiyyə Komitəsi klublara, hakimlərə münasibətdə AFFA-nın Nizamnaməsinin və müvafiq yarışların əsasnamələrinin tələblərinə uyğun davranmalı olduğu barədə xəbərdarlıq edib.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30