25 Aprel 2024, Cümə axşamı
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi
Zubir Liqa 1 klubunun hədəfində

Ölkə futbolu

“Xaqani Məmmədov Azərbaycan futboluna ləkədi, ləkə”

“Neftçi” ilə oyundakı hakim səhvləri ilə bağlı hazırladığımız videonu hamı gördü. Belə olmaz. Gənc oyunçularda indidən futbola nifrət yaratmaq düzgün deyil”. Futbolxeber.az saytının məlumatına görə, bunu “Xəzər Lənkəran” klubunun vitse-prezidenti Tuyqun Nadirov deyib.

Ölkə kubokunun 1/4 final mərhələsinin cavab oyunları çərçivəsində keçirilən “Neftçi” - “Xəzər Lənkəran” matçındakı hakim idarəçiliyindən “ağ-yaşıllar” narazı qalıblar.

Bununla bağlı fikirlərini bölüşən Nadirov “Xəzər Lənkəran”ın qapısına haqsız penalti təyin olunduğunu bildirib: “Hakimin qərarları ümumi nəticəyə təsir edir. Bu qədər azarkeşi olan, Azərbaycan futbolunun inkişafına xidmət edən kluba qarşı belə davranmaq olmaz.

Olmayan halda, rəqibin lehinə 11 metrlik cərimə zərbəsi verilirsə, deməli, hakim bizə qarşı açıq-aşkar qərəzli idi. Hakimin ədalətsizliyi, Hakimlər Komitəsinin (HK) rəhbərinin etdiyi artistlik, bu kimi səviyyəsiz fəaliyyəti AFFA və PFL-in futbolda gördüyü işləri nüfuzdan salır”.

Xaqani Məmmədovun onu idarəçilikdə ittiham etməsinə də toxunan Tuyqun Nadirov HK sədrini sərt şəkildə tənqid edib: “Xaqaninin nəyə görə məni qınadığını bilmirəm. Onun “səviyyəli” müsahibələrinə şərh vermək istəmirəm. Klubumuz video-roliklə sübut etdi ki, Xaqani Məmmədovun hakimləri “Xəzər Lənkəran”a qarşı ədalətsizlik ediblər, qərəzli davranıblar. Onun mənə qarşı nəsə ittihamı varsa, buyursun, sübut etsin. Görək sübut edə bilirmi? Xaqani Məmmədov və onun hakimləri Azərbaycan futboluna ləkədi, ləkə. Bütünlüklə Hakimlər Komitəsi AFFA-ya ləkədi”.

Nadirov AFFA-nın sabah keçiriləcək Hesabat-Seçki Konfransında hakimlik məsələsini müzakirəyə çıxarmayacağını bildirib: “Konfransda futbolun strateji məsələləri həll olunacaq. Xaqani Məmmədovu orda müzakirə etmək onun üçün şərəf olar. Dəfələrlə vurğulamışam ki, Rövnəq Abdullayev futbolda çox böyük işlər görüb. O, assosiasiyaya gəldiyi gündən dəyişikliklər baş verib, böyük addımlar atılıb, Dövlət Proqramının həyata keçirilməsində rolu olub, Peşəkar Futbol Liqası (PFL) yaradılıb. Ancaq Hakimlər Komitəsinin fəaliyyəti futboldakı xidmətləri nüfuzdan salır” (apasport.az).

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30