19 Aprel 2024, Cümə
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı
Millimizin heyəti açıqlandı

Ölkə futbolu

“Qarabağ”ın finala çıxacağına inanıram”

“Qarabağ”ın makedoniyalı yarımmüdafiəçisi Muarem Muaremin müsahibəsi

- Azərbaycan kubokunun 1/4 finalının “Sumqayıt”la cavab oyununda 4 qolla qalib gəlib yarımfinala yüksəldiniz. Qələbə asan görünsə də, çoxlu səhviniz oldu.

- Çempionat sıx qrafiklə keçirilir. Ona görə də komandamızda yorğunluq var idi. Ancaq ilk 10 dəqiqədə iki qol vurmağı bacardıq. Bununla da üstünlüyü ələ aldıq. Təbii ki, səfər qarşılaşması asan olmadı. Yarımfinala yüksəldiyimiz üçün xoşbəxtik. Bu, adi nəticə deyil. Əslində bütün oyunlar qıraqdan asan görünür. Bəli, istədiyimiz oyunu sərgiləyə bilmədik. Sadəcə, əlimizə düşən qol imkanlarından yararlandıq. “Sumqayıt” bütün rəqiblərə çətin anlar yaşadır. Bu komanda ilə heç bir oyun asan olmur.

- Dubla imza atdın. Çempionatda da qollar vurursan. Əvvəlki formanı bərpa etdiyini demək olar?

- Tədricən formamı yığıram. Mənim də məqsədim budur. Əvvəlki formamı ancaq yaxşı çalışmaqla bərpa edə bilərəm. Məşqlərdə və oyunlarda tam gücümü ortaya qoyuram. Özümdə artım hiss edirəm.  Qollar vuraraq formamı yığacam. Qol vurmaq mənim üçün önəmlidir. Təbii ki, bundan daha vacib komandanın qələbəsidir. Hər şey getdikcə daha yaxşı olacaq.

- Deyəsən, hücum xəttində Armenterosla yaxşı anlaşırsan.

- Heyətlə bağlı ilk gündən heç bir problemim olmayıb. Çünki “Qarabağ”da üç ildən artıq oynadıqdan sonra “Əskişəhərspor”a getmişdim. Qurban müəllim hər zaman komandanı düzgün qurur. Onu da qeyd etməliyəm ki, “Qarabağ”ın bütün futbolçuları özlərini sübut edib və start heyətdə meydana çıxmağa hazırdır. Mənim burada olmadığım vaxtda da “Qarabağ” yaxşı nəticələr qazandı. Oyunçular dəyişsə də, sistem eynidir. Baş məşqçimizin istəyini bilirik və onu yerinə yetirməyə çalışırıq.

- Türkiyədə olduğun 6  ay ərzində klublarımızda xeyli dəyişiklik oldu. Rəqiblərinizdə zəifləmə hiss edirsən?

- Hiss etmirəm. Onsuz da bütün rəqiblər bizə qarşı tam fərqli oynayırlar. Hər görüşdə çox güc sərf edirik. Bəlkə də buna görə mənə elə gəlir. Çempion olmaq asan deyil. Getdikcə oyunlar çətinləşir, asanlaşmır.

- “Zirə”, “Qəbələ”, “İnter” və “Neftçi” kimi rəqiblər “Qarabağ”a çətinlik yarada bilir?

- Qeyd etdiyiniz rəqiblərin hər biri bu günə qədər yaxşı mübarizə aparıb. Məncə, onlar hər biri çempionluğa layiqdir. Biz bu mövsüm “Neftçi”yə uduzmuşuq, “Zirə” və “Qəbələ” ilə heç-heçə etmişik. Yəni biz asanlıqla ilk pillədə qərarlaşmamışıq.

- Kubokun yarımfinal mərhələsində “İnter”lə qarşılaşacaqsınız. Finala çıxmaq şansınız nə qədərdi?

- “Qarabağ” hər zaman qarşısına ən böyük hədəfləri qoyur. Təbii ki, bu il də ötən mövsümdə olduğu kimi hər iki titulu qazanmaq istəyirik. “İnter”ə gəldikdə isə bu komanda haqda ancaq xoş sözlər demək olar. Bizə qarşı hər zaman çox yaxşı oynayırlar. “İnter”lə son çempionat oyununda məğlubiyyətdən çətinliklə  qaça bildik. Kubokda yarımfinala qədər gələn komandanın məqsədi hamıya məlumdur. Təbii ki, kuboku bizim kimi “İnter” də qazanmaq istəyir. Çox çətin olacaq, ancaq finala çıxacağımıza inanıram.

Mənbə: qol.az

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30