28 Mart 2024, Cümə axşamı
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

“Xəzər Lənkəran” bəyanat yaydı

“Xəzər Lənkəran” klubu bəyanat yayıb. Futbolxeber.az klubun rəsmi saytında yer alan bəyanatı olduğu kimi təqdim edir:

- Səsvermədə iştirak edən subyektlərin mütləq çoxluğunun faktiki olaraq ölkənin futbol həyatında əsas rol oynamadığını və bunun nəticəsində səsvermənin öz məqsədlərinə tam cavab vermədiyini nəzərə alaraq “Xəzər Lənkəran” Futbol Klubu Tuyqun Nadirovun AFFA İcraiyyə Komitəsinə namizədliyini geri götürür.

Qeyd edək ki, mövcüd qaydalara əsasən ümumi 34 səsdən 24 səs hüququ Regional və Sahə Futbol Federasiyaları, həmçinin İctimai Futbol Təşkilatlarına məxsusdur. Bu isə öz növbəsində seçkilərə müstəqil surətdə namizədlik verən şəxsin komitəyə seçilməsini əngəlləyir və sağlam rəqabət prinsiplərinə uyğunsuzluq yaradır.

"Xəzər Lənkəran" Futbol Klubu İcraiyyə Komitəsini namizədliyi irəli sürülmüş hər kəsə uğurlar arzulayır və Komitənin ölkə futbolunun inkişafına dəyərli töhfələr verəcəyinə inamını bildirir.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31