29 Mart 2024, Cümə
XXXI və XXXII turun oyun cədvəlləri
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə

Ölkə futbolu

Tuyqun Nadirov: “Baş hakim meymunluq edib penalti qərarı verir”

“Xəzər Lənkəran”ın vitse-prezidenti Tuyqun Nadirovun müsahibəsi

- Azərbaycan Kubokunun 1/4 finalında "Neftçi"yə məğlub oldunuz...

- Dünənki oyunla bağlı nə deyim? Hakim meymunluqdan başqa heç nə etmirdi. Orada heç nə yoxdur və camaat da kor deyil. Milyonlarla adam futbola baxır. Burada Tuyqunun deməyi ilə deyil ki...

- Yəni, penalti yox idi?

- Ola bilər ki, oyunu stadiondan canlı izləyən həmin epizodları görməsin, amma televiziya vasitəsilə izləyənlər hər şeyi görürlər. Hamı gördü ki, hər iki qoldan öncə nələr baş verdi. İlk penaltidən əvvəl cərimə zərbəsi olmalı idi, amma olmadı. Orada penaltilik heç nə yox idi. Onların futbolçusunun yıxılmasının səbəbi bizim oyunçu deyildi. Oyunçu (Ruslan Qurbanov - red.) meymunluq edib özünü yerə atır, baş hakim də meymunluq edib penalti qərarı verir. "Xəzər Lənkəran" öz yolu ilə gedir və klubumuzun 15-16 yaşlı oyunçuları "Neftçi"nin bütün futbolçularına dərs keçdi ki, futbolu necə oynamaq lazımdır.

- Rəhim Həsənov haqda AFFA-ya hər hansı şikayət etmək fikriniz var?

- Heç nə şikayət-zad etməyəcəyik. Balıq başından iylənir. Bugünə kimi Hakimlər Komitəsini heç cür düzəldə bilmirik. O qədər aciz insanlarıq ki, Hakimlər Komitəsinə bir ölçü götürə bilmədik. Azərbaycanda hər şey dəyişdi, bir dənə bu Hakimlər Komitəsinə ölçü götürülmədi.

- "Xəzər Lənkəran"a olunan haqsızlıqların və ya hansısa məsələlərin qarşılığında İcraiyyə Komitəsinə namizədliyiniz barədə fikriniz dəyişməyib?

- AZAL və "Neftçi" ilə oyunda haqsızlıqlar olundu.  Hamımız görürük bunu... Namizədlik məsələsində fikrim dəyişib. Bununla bağlı ayrıca açıqlama verəcəyəm.

- Deyəsən namizədliyinizi geri götürmüsünüz?

- Götürməmişəm, amma bu barədə düşünürük. Klub namizədliyimi irəli sürüb və çox güman ki, klub da qərar qəbul edib namizədliyimi geri götürəcək.

Mənbə: sportnet.az

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31