19 Aprel 2024, Cümə
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı
Millimizin heyəti açıqlandı

Ölkə futbolu

“Qəbələ” yeni aksiyaya start verdi

“Qəbələ” yeni aksiyaya start verib. Futbolxeber.az saytının məlumatına görə, daha əvvəl də məktəblilərin iştirakı ilə layihələr həyata keçirən klub növbəti yeniliyə imza atıb. “Qəbələ”nin sifarişi ilə hazırlanan məktəb ləvazimatları dəstləri (azyaşlılar və yuxarı sinif şagirdləri üçün fərqli olmaqla) şagirdlərə təqdim edilib.

Bununla bağlı Qəbələ rayonundakı 1 saylı tam orta məktəbdə tədbir keçirilib.

Mərasimdə “Qəbələ”nin idman direktoru Toni Adams, baş menecer Zaur Əzizov, kommersiya direktoru Mustafa Aztopal, marketinq üzrə menecer Səməd Nəsibov və mətbuat xidmətinin rəhbəri Anar Hacıyev iştirak ediblər.

Bildirilib ki, ümumilikdə 17 min şagirdi əhatə edən bu sosial aksiyada məqsəd şagirdlərin idmana - futbola olan marağını artırmaqdır. Artıq bütün kənd məktəblərinə ləvazimatlar paylanıb. Aksiyanın davamı kimi klub nümayəndələri Qəbələdəki orta məktəbləri ziyarət edəcək.

Baş menecer Zaur Əzizov tədbirin önəmindən danışarkən bunları söyləyib: “Bu aksiya bizim üçün önəmlidir. Bu gün bu məktəbdə təhsil alan uşaqlar gələcəyin idmançıları, azarkeşləri, hətta “Qəbələ” klubunun heyətində oynayan futbolçulardan biri ola bilər. Ona görə də burada iştirak etməkdən məmnunuq”.

Daha sonra Mustafa Aztopal çıxış edərək məktəbliləri “Qəbələ”klubuna azarkeşlik etməyə çağırıb: “Əslində, bu layihə çoxdan planlaşdırılırdı. Mövsümün sonuna qədər Qəbələdəki 68 məktəbin hamısını ziyarət edəcəyik. Bizim iki məqsədimiz var. Birincisi, uşaqların təhsili ilə maraqlanmaq, onlara yardımçı olmaq, ikincisi, onların kluba olan sevgisini artırmaq, oyunlarımıza azarkeş kimi cəlb etməkdir. İnanırıq ki, bu məktəblərdən təkcə Azərbaycan yox, Avropa səviyyəli futbolçular çıxacaq. Sizi Qəbələdə keçirilən oyunlarda stadionda da görmək istərdik”.

Klubun idman direktoru Toni Adams isə bu aksiyanın gələcəkdə “Qəbələ” klubuna xeyir verəcəyini bildirib: “Belə bir tədbirdə iştirak etdiyim üçün çox şadam. Altı ildi burda olsam da, ilk dəfədi sizinlə görüşə gəlirəm. Bizim oyunlarımızı izləməyə gəlsəniz, söz verirəm ki, bura yenə gələcəm. İstəyirəm ki, “Qəbələ” komandasını dəstəkləyəsiniz. Bilirik ki, akademiyamızda təhsil alanların 50 faizi Qəbələdəndir. Biz bütün uşaqlarla yaxından maraqlanmalı, klubun azarkeşi olmalarına nail olmalıyıq. Biz bölgə klubuyuq. Ona görə də əhali ilə sıx əlaqədə olmalıyıq”.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30