25 Aprel 2024, Cümə axşamı
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi

Ölkə futbolu

Bezotosnının seriyası qırıldı

Ardıcıl 4 oyunda qol buraxmayan “Qəbələ”nin quru seriyası qırılıb. Futbolxeber.az saytının məlumatına görə, yanvarın 30-da baş tutan XIX turun “Kəpəz”lə qarşılaşmasından (0:3) sonra qapısında qol görməyən “qırmızı-qaralar” 35 gündən sonra çempionat matçında buna üzülüb. Roman Qriqorçukun yetirmələrini XXIV turun “Neftçi” ilə görüşünün 26-cı dəqiqəsində Antonio Salas Quinta məyus edib. Bunadək “İnter”, “Sumqayıt”, “Rəvan” (hamısı 1:0) və “Xəzər Lənkəran”a (0:0) qarşı oyunlarda qapısını toxunulmaz saxlayan “Qəbələ” 401 dəqiqədən sonra qapısında qol görüb. “Kəpəz”lə matçda Andrey Popoviçin çıxış etdiyini nəzərə alsaq, Dmitri Bezotosnı çempionatın ikinci yarısında ilk dəfə qol buraxıb. Ötən il noyabrın 30-da keçirilən “Rəvan”la XIV turun ev oyununda (1:1) qol buraxan ukraynalı qapıçı eyni uğursuzluğu 96 gündən sonra yaşayıb. Onun quru seriyası 410 dəqiqə davam edib.


pfl.az


Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30