24 Aprel 2024, Çərşənbə
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi
Tiaqo Silva: “Qələbə haqqımızdır”
“Aznur” və “Birbaşa Bakı” finalda

Ölkə futbolu

“Bakı”nın baş məşqçisindən hakimlərə sərt etiraz: “Bezmişik artıq”

“Bakı”nın baş məşqçisi Novruz Əzimov I divizionun 16-cı turunda “Qaradağ-Lökbatan”a qarşı keçirdikləri oyunun (0:2) hakimlərindən narazı qalıb. Futbolxeber.az saytının məlumatına görə, matçın gedişində ədalət qoruyucularının qərarlarından narazı qalan Novruz Əzimov oyunun sonuna yaxın etirazını sərt şəkildə bildirib. Belə ki, ehtiyat oyunçular skamyasından birbaşa VIP lojaya qalxan təcrübəli mütəxəssis üzünü görüşün hakim-insprektoru Əlibala Ələsgərova tutaraq deyib: “Bu qədər səhv olar? Hakimlərin məqsədi bizi uduzdurmaqdı? Gözümün qarşısında yan xətt hakimi bayrağını qaldırır ki, top auta çıxıb. Halbuki top oyundaydı. Oyunçumuz qapıçı ilə təkbətək çıxır, hakim yenə bayrağını qaldırır və ofsayt deyir. Amma ofsaytdan söhbət belə gedə bilməzdi. Bezmişik artıq. Hər oyunda hakim səhvləri olur. Demirəm ki, kömək etsinlər bizə. Qoy, ədalətli idarəçilik olsun. “Bakı”nın problemləri onsuz da kifayət qədərdi. Bir tərəfdən də hakimlər bizi sıxırlar”.

Xatırladaq ki, “Bakı”nın oyununda baş hakim Ramil Əhmədov olub. Novruz Əzimovun narazı qaldığı yan xətt hakimi isə Munis Abdullayev idi. 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30