25 Aprel 2024, Cümə axşamı
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi
Zubir Liqa 1 klubunun hədəfində

Ölkə futbolu

“Neftçi”də rəhbərlik bacarmır, getməlidir”

"Neftçi" barədə neçə müddətdir halay çəkirəm. Deyirəm ki, bu komandaya 1 ana, 4 bacı lazımdır ki, qabağına qoyub halına ağlasın”. Futbolxeber.az saytının məlumatına görə, bu fikirləri sportnet.az-a açıqlamasında "Neftçi”nin sabiq baş məşqçisi Böyükağa Hacıyev deyib.

Təcrübəli mütəxəssis uzun illər çalışdığı, böyük uğurlar qazandırdığı "ağ-qaralar”ın hazırkı vəziyyəti, baş verənlər proseslərə münasibətini bildirib: "Futbolu nə vaxt yorğan altında gizlətmək olub? Futbolu hamı görüb qiymətləndirir. Komandaya 18 futbolçu və 5 nəfərdən ibarət məşqçilər korpusu lazımdır. Mən işlədiyim vaxtda komandaya 6 nəticə qazandırdım. Bunlardan 2-si çempionluq, 2-si kubok idi. Bundan əlavə, "Neftçi”nin Azərbaycan futbol tarixində ilk dəfə Avropa Liqasında "pley-off"a, qrup mərhələsinə çıxardım”.

Hacıyev "Neftçi”nin son turda "Qəbələ”yə uduzduğu ev oyununu stadiondan yox, evdən izləməyi üstün tutub: "Televizorda baxmaq hamısından yaxşıdır. Həm də stadionda olanda hamı suallar verəcək. Evdə sual verənim olmur. Elə həyat yoldaşım da. Çünki o, gözünü futbolçu ailəsində açıb”.

Məşqçilər Şurasının üzvü Əsgər Abdullayevin istefasını qəbul edən klub rəhbərliyi və baş məşqçi vəzifəsini müvəqqəti icra edəcək Vəli Qasımovun təyinatı haqda da düşüncələrini bölüşüb: "Rəhbərlik görməlidir ki, bacarmır, getməlidir. Vəli Qasımovun necə işləyəcəyini və bu təyinatın nə dərəcədə düzgün olduğunu zaman göstərəcək. Ona uğurlar arzulayıram”.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30