19 Aprel 2024, Cümə
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu

Ölkə futbolu

Dünya reytinqində 2 pillə irəlilədik

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb. Futbolxeber.az-ın məlumatına görə, yığma komandamız ötən ayla müqayisədə 2 pillə irəliləyərək, 118-ci yerə yüksəlib. Hazırda millimizin hesabında 291 reytinq balı var. Komandamız reytinq sıralamasında cüzi irəliləyişə nail olsa da, hələ də Benin, Surinam, Tacikistan, Tanzaniya, Efiopiya kimi ölkələrdən geridə qalır.

Dünya çempionatının seçmə mərhələsində millimizlə eyni qrupda yer alan Portuqaliya millisi ötən ayla müqayisədə 1 pillə geriləyərək, beşinci yerə enib. Rusiya millisi əvvəlki kimi 11-cidir. Portuqaliya kimi İsrail də sıralamada geriləyib. 3 pillə geriləyən İsrail yığması hazırda 62-cidir. Bu komandalardan fərqli olaraq, Şimali İrlandiya yığması ötən ayla müqayisədə 3 pillə irəliləyib və hazırda 116-cıdır. Sabah yığmamızla qarşılaşacaq Lüksemburq millisi də 3 pillə irəliləyib və hazırda 145-cidir.  

Dünya reytinqinə əvvəlki kimi İspaniya millisi başçılıq edir. Almaniya ikinci, Argentina isə üçüncüdür. İlk "10-luq"da həmçinin Xorvatiya, Hollandiya, Portuqaliya, Kolumbiya, İtaliya, İngiltərə və Ekvador milliləri qərarlaşıb. 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30