25 Aprel 2024, Cümə axşamı
Zubir Liqa 1 klubunun hədəfində
U-17 millimiz Belarusa məğlub oldu
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi

Ölkə futbolu

“Qarabağ”ın direktoru: “Qalatasaray”la oyuna razılıq vermişik”

“Qarabağ” klubu Bakıda “Qalatasaray”la yoldaşlıq görüşünün keçirilə biləcəyini təsdiqləyib. Futbolxeber.az saytının məlumatına görə, klubun direktoru Əmrah Çelikel qol.az-a açıqlamasında bildirib ki, bu matçın keçirilməsi təşəbbüsü ilə “Türk Hava Yolları” şirkəti çıxış edib.

“Türk Hava Yolları” “Qalatasaray”ın baş sponsorlarından biridir. Oyun THY-nin Azərbaycanda fəaliyyətinin 25 illiyi ilə əlaqədar keçirilməlidir. Təşkilati işlərlə də məhz bu şirkət məşğul olur. Biz matçın martın 29-da, əgər bu tarixdə alınmasa, martın 28-də keçirilməsinə razılıq vermişik. “Qalatasaray” isə oyunun martın 26-da oynanılmasını istəyir. Amma həmin gün milli komandamızın Qazaxıstanla oyunu var. "Qarabağ"ın da əksər futbolçuları isə həmin vaxt millinin düşərgəsində olacaq. Millinin toplanışı martın 27-də başa çatır. Hələlik oyunun yüz faiz keçiriləcəyi ilə bağlı nəsə demək olmur”.

Klub rəsmisi bildirib ki, oyunun baş tutub-tutmayacağı matçın təşkilatçısı qismində çıxış edən “Türk Hava Yolları”ndan asılıdır. “Hazırda danışıqlar davam edir. İstənilən halda, “Qarabağ” klubu olaraq biz “Qalatasaray”la oyuna hazırıq və matçın Bakıda keçirilməsinə də razılıq vermişik. Amma dediyim kimi, hər şey bizdən asılı deyil”.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30