23 Aprel 2024, Çərşənbə axşamı
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi
Tiaqo Silva: “Qələbə haqqımızdır”
“Aznur” və “Birbaşa Bakı” finalda

Ölkə futbolu

Millimizin müdafiəçisi: “Beşiktaş”ın əsas komandasına yüksələcəyimə inanıram”

17 yaşadək futbolçulardan ibarət milli komandamızın müdafiəçisi Hüseyin Seyliqli Futbolxeber.az saytına müsahibə verib.

- Dünən ikinci yoxlama oyununda da Ukraynaya məğlub olduğunuz. Qarşılaşma haqda nə deyə bilərsən?

- Oyuna çox pis başladıq. Birinci hissədə sanki özümüzə bənzəmirdik. Gözləmədiyimiz anda qol buraxdıq. Rəqib cəmi 2-3 dəfə qapımıza tərəf gəldi ki, birində də qol vurdu. Fasilədə baş məşqçi bizə xəbərdarlıq etdi, müəyyən dəyişikliyə əl atdıq və ikinci hissədə oyunu dəyişməyə çalışdıq. Amma məğlubiyyətdən qaça bilmədik.

- Oyuna zəif başlamağınızın səbəbini nədə görürsən?

- Ukrayna bizə qarşı pressinq tətbiq edirdi. İlk dəqiqlərdən hücum qurmağımıza imkan vermirdilər. Təzyiq altında oynadığımızdan, çox səhvə yol verdik.

- Təlim-məşq toplanışı çərçivəsində keçirdiyiniz 4 yoxlama oyunundan yalnız birində qələbə qazandınız. Bu nəticəni normal hesab etmək olar?

- Bu oyunlar Avropa çempionatına hazırlıq xarakteri daşıyırdı. Baş məşqçi heyətdə müxtəlif dəyişikliklər etdi, bütün futbolçuları yoxladı. Belə oyunlarda nəticədən çox komandadakı çatışmazlığı aşkarlamaq lazımdı. Təbii ki, Avropa çempionatında belə olmayacaq. Ordakı oyunlar tam fərqli şəkildə keçəcək.

- Amma Avropa çempionatında daha güclü komandalarla qarşılaşacağıq...

- Yaxşı hazırlaşmalıyıq. Bunu biz də bilirik. Bu cür oyunlar keçirmək xeyrimizədi.

- Əsas problemlər hansılardı?

- Müdafiədən hücuma tez çıxa bilmirik. Səhvlərə yol veririk. Bir də bizə yarımmüdafiədə oyunu qura biləcək futbolçu lazımdı. Təbii ki, qol duyumu yüksək olan hücumçuya da ehtiyac var.

- Dörd oyunda 8 qol buraxdınız. Çox deyil?

- Əlbəttə, çoxdu. Müdafiədə problemlərimiz var. Bir az da yorğunluq sözünü dedi. Çox oyun keçirdik. Biz arada Türkiyəyə yollandıq və klubumuzun oyununda da iştirak etdik. Üstəlik burdakı matçlar... Yorğunluq işimizi korladı.

- Millinin düşərgəsində özünü necə hiss edirsən?

- Çox yaxşı. Hamı bir-bir ilə yaxşı anlaşır. Məqsədimiz də birdir. Üç ildən artıqdı bu komandanın düşərgəsinə gəlib-gedirik. Hansısa problem yaşamadıq.

- “Beşiktaş”da vəziyyətnecədi?

- Öz liqamızda işlər yaxşı gedir. İddialıyıq.

- Klubdan milliyə gəlməyinizdə problem yaranmır ki?

- Heç bir problem yoxdu. Millidə oynamağımız onlar üçün də yaxşı göstəricidi.

- “Beşiktaş”ın ssas komandasına yüksəlmək şansın varmı?

- Şans hər zaman var. Bizi daim izləyirlər. Həm də mən komandamızın kapitanıyam. “Beşiktaş”ın əsas komandasına yüksələcəyimə inanıram. Şenol hoca tez-tez oyunlarımızı izləyir.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30