20 Aprel 2024, Şənbə
Ayxan Abbasovun həqiqətləri
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları

Ölkə futbolu

“Qəbələ” üçün şad xəbər: Antonov məşqlərə başladı

“Qəbələ” Azərbaycan Premyer Liqasının XXIV turunun “Neftçi” ilə qarşılaşmasının hazırlıqlarına start verib. Futbolxeber.az-ın məlumatına görə, Azərbaycan kubokunun 1/4 final mərhələsinin “Zirə” ilə martın 2-də keçirilən səfər oyunundan (2:1) sonra məşqlərinə ara verməyən “qırmızı-qaralar” növbəti hazırlığını gerçəkləşdirib. Komanda Bakı Olimpiya Stadionunda məşq edib. Matçın iştirakçıları bərpaedici məşqlə kifayətlənib. Meydana çıxmayanlar isə toplu çalışmalara üstünlük verib. Zədə üzündən bir müddət komandadan ayrı düşən Aleksey Antonov da paytaxtdakı məşq prosesində iştirak edib. Qısa müddət fərdi məşqlə kifayətlənən ukraynalı hücumçu kollektiv çalışmalara qatılıb. Roman Qriqorçukun yetirmələri bu gün oyunöncəsi məşqə çıxacaq. “Neftçi” ilə görüşün keçiriləcəyi “Bakcell Arena”dakı hazırlıq saat 17:00-da başlayacaq.

Xatırladaq ki, martın 5-də baş tutacaq “Neftçi” - “Qəbələ” oyunu saat 15:00-da start götürəcək.

 


gabalafc.az


Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30