19 Aprel 2024, Cümə
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu

Ölkə futbolu

Təbriz Həsənov: “O meydanda olanda sanki 1 nəfər azlıqda oynayırdıq”

17 yaşadək futbolçulardan ibarət milli komandamızın baş məşqçisi Təbriz Həsənov Futbolxeber.az saytına müsahibə verib.

- Komandanız ardıcıl ikinci oyunda Ukraynaya uduzdu. 0:1 hesablı məğluiyyətin səbəbini nədə görürsüz?

- Toplanış zamanı 4-cü oyunumuzu keçirdik. Bu gün birinci hissədəki oyunumuz ən zəif çıxışımız idi. Hətta birinci hissədə bərbad oynadığımızı da söyləyə bilərəm. Uşaqlarda sanki həyəcan var idi. Adi səhvlər edirdilər. Bunun səbəbini bilmirəm. Sanki bir-birinə ötürmə etməyə qorxurdular. Meydanda bəzi oyunçuların mövqeyində dəyişiklik etmişdim. Elçin Əsədovu bu gün yarımmüdafiədə yoxladıq. Lakin bunun zəif oyunumuza təsir göstərdiyini deməzdim. Uşaqlar çox həyəcanlı idilər. Bəlkə də ilk oyundakı məğlubiyyətin əvəzini çıxmağa çalışırdılar. Fasilədən sonra oyunumuz  düzəldi. Deməzdim ki, ikinci hissədəki çıxışımızdan tam razı qaldım. Amma ilk yarıya baxanda hücuma çıxa bilirdik. Qol vurmaq üçün sonluq çatışmadı.

- Futbolçuların həyəcanlı olduğunu qeyd etdiz. Halbuki bu gün tribunalar boş idi. Bəs, Avropa çempionatı zamanı xeyli azarkeş önündə komandanız necə çıxış edəcək?

- Mən öz fikrimi deyirəm. Düşünürəm ki, bu qədər səhv yalnız həyəcandan irəli gələ bilər. Bu komandayla xeyli vaxtdı çalışıram və futbolçuların bacarıqlarına bələdəm. Sürətli hücum qurmaqda çətinlik çəkirik. Lakin top saxlamaq, oyun qurmağı komanda yaxşı bacarır. Amma bu gün komandamı tanımadım. Futbolçular fərdi qaydada oyunlarını itirmişdilər.

- Ukrayna millisinin baş məşqçisi Aleksandr Petrakov komandasının hazır olmadığını dedi. Həqiqətənmi bu gün Azərbaycan millisi Ukrayna yığmasından daha hazırlıqlıdı?

- Bu fikirlə razı deyiləm. Çünki Ukrayna millisi bizdən də, Rusiyadan da daha hazırlıqdı. Həm fiziki, həm sürət, həm də komanda şəklində mübarizə aparmaq baxımından. Onlar rəqibə ümumiyyətlə boşluq vermirlər. Nə qədər çalışsaq da, Ukraynanın müdafiə xəttində boşluq tapa bilmədik.

- Sizə gəlmir ki, komandanızın üzvləri daha çox fərdi şəkildə mübarizəyə can atırdılar?

- Biz hücum xəttində axtarışlar aparırıq. Bir neçə oyunçunu sınadıq. Hücumda problemlərimiz var. 3 futbolçumuz bu toplanışda iştirak etmirdi. Onların yoxluğunda müəyyən dəyişikliklər etsək də, istədiyimizi ala bilmədik. Ukrayna millisinin nəyə qadir olduğunu yaxşı bilirəm. Təxminən ay yarım qabaq Ukrayna millisi Belarusda 12 komandanın iştirakı ilə baş tutan yarışda çempion olmuşdu. Özü də bütün rəqiblərini asanlıqla udmuşdular.

- Kapitan Elçin Əsədovu bu gün yarımmüdafiədə oynatmağınıza səbəb nə idi?

- Elçini bu gün yarımmüdafiədə yoxlamaq istəyirdim. Çünki klubunda o daha çox mərkəzdə oynayır, nəinki müdafiədə. Digər tərəfdən də Omed Dorrehin mərkəz müdafiəçisi kimi necə çıxış edəcəyini görmək istəyirdim. Elçin Əsədovun yarımmüdafiədəki oyunundan razı qalmadım. O, üzərinə düşən funksiyanı yerinə yetirə bilmədi.

- Start heyətində şans verdiyiniz Anil Jilazı ilk hissədə əvəzlədiz. Demək olar ki, o artıq Azərbaycan yığmasına düşmək şansından məhrum oldu?

- Oyunundan çox narazı qaldım. Əvəzetmə də bundan irəli gəlirdi. O meydanda olanda sanki 1 nəfər azlıqda oynayırdıq. Komandaya heç bir köməklik göstərmədi.

- Toplanışda bəzi futbolçular heyətdə deyildilər. Bu, gələcəkdə sizə əlavə problem yaratmayacaq ki?

- Çalışacağıq ki, növbəti toplanışda onlar da komandanın yanında olsunlar. Amma bununla belə, axtarışlarımız da davam edir.

- Nəticəni bir kənara qoyaq. Rusiya və Ukraynaya qarşı keçirilən 4 oyun yığmamızda nə dərəcə faydalı oldu?

- Bu oyunlar bizə çox faydalı oldu. Hansı mövqedə dəyişiklik etməli olduğumuzu gördük. Səhvlərimizin, boşluqlarımızın üzərində gələcəkdə daha çox çalışacağıq.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30