25 Aprel 2024, Cümə axşamı
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi
Zubir Liqa 1 klubunun hədəfində

Ölkə futbolu

Qriqorçuk: “Layiqli qələbə qazandıq”

Azərbaycan kubokunun 1/4 final mərhələsinin ilk oyunları çərçivəsində keçirilən “Zirə” - “Qəbələ” matçından (1:2) sonra “qırmızı-qaralar”ın baş məşqçisi Roman Qriqorçukun mətbuat konfransı keçirilib. Futbolxeber.az-ın məlumatına görə, ukraynalı mütəxəssis qələbəni belə şərh edib: “Oyundan razı qaldıq. Kubok matçları həmişə gərgin və çətin olur. Bu görüş indiki halda qarşılaşmaların çox olduğu vaxta təsadüf etdi. Bu gün bizim üçün hər şey yaxşı oldu. Layiqli qələbə qazandıq. Həmişə daha yaxşı olmasını istəyirik. Cinah oyunçularının keçidlər etməsi, qol vurub, ötürmələr verməsini istəsək də, həmişə belə olmur. Təbii ki, biz də daha yaxşısını istəyirik. Bu gün isə cinahda çıxış edənlərə iradım yoxdur. Sergey Zenyovla Dodo yaxşı çıxış etdi. Bu mövqe üstünlüyündə hücumlarda kəsərin olmaması problemi üzərində işləmələyik. Hücumçu bir neçə oyun qol vurmayanda təzyiq altında olur. Mən də onlara təzyiq edib, gərginlik yaratmır, dəstək olmağa çalışıram. Rəqibin əks-hücumda oynadığını, Ruslan Abışovun nisbətən yorulduğunu nəzərə alıb, onu əvəzlədim. Səhvə görə oyunçunu əvəzləmək fikrindən uzağam. Digər məşqçilərlə həmfikir olub, iki yarışda titul qazanmaq imkanından birinə üstünlük verməsini təsəvvür edə bilmirəm. Hər məşqçi bütün yarışlarda qələbə qazanmaq istəyir” (klub saytı). 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30