Ölkə futbolu
Fariz Nəcəfov: “Qəbələ”nin çempion olması xəyal deyil”
“Qəbələ”nin vitse-prezidenti Fariz Nəcəfov Futbolxeber.az saytına müsahibə verib.
- Klublar Komitəsinin bugünkü iclasında legioner futbolçulara görə ödənilən rüsumun 20 min manatdan 5 min manata endirilməsi haqda qərar qəbul edilib. Yəqin ki, “Qəbələ” klubu bu qərardan razıdı.
- Bəli, razıyıq. Bu qərar bütün Premyer Liqa klubları kimi bizi də qane etdi.
- Komandanızın son turlardakı çıxışı sizi razı salır?
- Komandamız qış fasiləsində Antalyada yüksək səviyyəli təlim-məşq toplanışı keçdi. Fasilədən sonrakı ilk görüşdə “Kəpəz”ə 0:3 hesabı ilə uduzduq. Həmin məğlubiyyətdən sonra komandada psixoloji gərginlik vardı. Bu, qısa müddətdə aradan qaldırıldı. Ardınca 3 oyunda qalib gəldik. Lakin komandamızın hücum xəttində problem var. Əvvəl “Qəbələ”nin hücum xətti güclü olsa da, hazırda nisbətən zəiflik var. Bu da komandamızın 2 aparıcı üzvünün olmamasından irəli gəlir. Həm Dodo, həm də Aleksey Antonov son görüşlərdə forma geymirlər. “Xəzər Lənkəran”la oyunda bu məqam özünü göstərdi. Tək qapı oynasaq da, qol vura bilmədik. Onlar sıraya döndükdən sonra problem aradan qalxacaq
- Uğursuz nəticələr davam etsə, Roman Qriqorçukun klubdan gedişi mümkündürmü?
- Roman Qriqorçukla müqaviləni bu yaxınlarda 1 illik artırdıq. O, komandaya gələndən sonra yaxşı nəticələr verib. Qriqorçukun savadına, məşqçiliyinə söz ola bilməz. Amma son zamanlar sanki bir tendensiya yaranıb. “Qəbələ” məğlub olan və ya xal itirən kimi Qriqorçukun komandadan getməsi məsələsi gündəmə gəlir. Birdəfəlik bəyan etmək istəyirəm ki, Qriqorçun “Qəbələ”dən gedişi gündəmdə deyil. Onun komandaya, futbolçulara ciddi problemi olsa, məşlərə qeyri-ciddi yanaşsa, nəticələr çox pis olsa, o zaman istefa məsələsini müzakirə etmək olar. İndiki məqamda isə bu, mümkün deyil. Həm də komanda son 4 oyunda 10 xal toplayıb. Deməli, vəziyyət faciəvi deyil.
- Hər halda, “Qəbələ”nin turnir cədvəli baxımından hazırkı vəziyyəti rəhbərliyin ürəyincə ola bilməz...
- Bəli, bu fikirlə razıyam. Biz də istərdik ki, indi birinci pillədə olaq. Amma futbolda hər şey mümkündü. Mövsümün sonuna 13 tur var və bu müddətdə 39 xal qazanmaq mümkündü.
- “Qəbələ”nin mövsümün sonunda çempion olması realdı?
- Bu, xəyal deyil. Son turda “Xəzər Lənkəran”ı udsayqdıq, liderlə xal fərqimiz 8 olacaqdı. Uğur qazanmaq üçün inanmaq lazımdı. Komandanı bir yerə toplamaq, yalnız sərfəli nəticə qazanmaq barədə düşünmək lazımdı.
- Sabah ölkə kubokunun 1/4 final mərhələsinin ilk oyunu çərçivəsində “Qəbələ” səfərdə “Zirə”nin qonağı olacaq. Bu oyundan nə gözləyirsiz?
- Kubokla çempionat oyunları arasında fərq olur. Məqsədimiz həm də kuboku qazanmaqdı. Bunun üçün sona qədər mübarizə aparacağıq.
Men Qebele F/Klubunun oyunlarini mutleq izleyirem.Ona gore ki mene dogma insan bu komandanin vitse prezidentidir.Bu,Fariz Necefovdur! Men seninle fexr edirem Fariz!
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- AFFA-nın yeni baş katibi o olacaq - ÖZƏL
- “Sabah”da rəhbər dəyişikliyi: Yeni prezident o olacaq - ÖZƏL
- Fərid Qayıbov narazıdır: AFFA-nın konfransını boykot edəcək - ÖZƏL
- AFFA prezidentliyinə və İcraiyyə Komitəsinə namizədlər açıqlandı
- FİFA AFFA-nın konfransında azərbaycanca danışacaq - ÖZƏL
- Zaur Qəhrəmanovun “Neftçi”dən getməsinin səbəbi məlum oldu
- Rövşən Nəcəf: “Etimadı doğrultmaq üçün əlimdən gələni edəcəm”
- AFFA İcraiyyə Komitəsinin üzvü: “Premyer Liqada klub sayının artırılması gündəmdədir”
- Qurbanovdan nümunəvi addım
- İcraiyyə Komitəsinin yeni üzvü “Neftçi”yə gəlişini şərh etmək istəmədi: “İnşallah gələn həftə...”
- AFFA prezidentliyi ilə bağlı son durum - hər şey böhran vəziyyətinə doğru?
- Sərxan Hacıyev: “Monqolustan və Bolqarıstanla oyunlara görə milliyə mükafat veriləcək”
- Prezidentin nəvəsindən Qara Qarayevə dəstək
- Bəhlul Mustafazadə: “Millidə bütün futbolçular ikiqat çalışırlar”
- Azər Bağırov: “Futbolçular tapşırıqları icra etmirlər”
-
18:51
“Paris-2024” Yay Olimpiya Oyunlarının startına 100 gün qalıb
-
18:28
17 yaşadək güləşçilər arasında Azərbaycan çempionatı keçiriləcək
-
18:07
“Xəzri” finalda
-
17:43
"İmişli"nin şikayəti qismən təmin olundu
-
17:18
“Aznur”un kapitanı: “Hədəfimiz final yox, çempionluqdur”
-
16:55
Azərbaycan çempionatında ilk finalçı müəyyənləşib
-
16:39
Azərbaycan boks millisinin Avropa çempionatı üçün heyəti açıqlandı
-
16:06
I Liqada hakim təyinatları açıqlandı
-
15:42
Azərbaycanın güləş yığmaları Avropa çempionatına hazırlaşır
-
13:17
İlk dəfə kata üzrə Azərbaycan birinciliyi keçiriləcək
-
12:51
Millimizin rəqibi 2 yoldaşlıq oyunu keçirəcək
-
12:04
“Neftçi” ilə oyun bizim üçün həlledicidir"
-
11:48
Azərbaycan bilyardçısı Avropa çempionu olub
-
11:33
Azərbaycanın gənc avarçəkənləri Türkiyədə turnirə qatılacaqlar
-
11:19
Şəhriyar Məmmədyarov Kanadada rapid üzrə yarışın qalibi olub
-
11:05
Minifutbol millimizin heyəti narazılıqla qarşılandı, baş məşqçi danışmaq istəmədi
-
10:52
Azərbaycan stolüstü tennisçiləri “Türk Dövlətləri” beynəlxalq turnirində mükafat qazanıblar
-
10:26
“Borussiya" "Atletiko"nu mübarizədən kənarlaşdırdı VİDEO
-
10:11
Vitali Borisov: "Millidə görüləsi işlər çoxdur"
-
09:47
PSJ səfərdə "Barselona"nı diz çökdürdü VİDEO
-
09:30
Minifutbol üzrə Azərbaycan çempionatı: 1/2 finalın ilk oyunları keçirilib
-
18:20
AFFA-nın təşəbbüsü ilə UEFA proqramı çərçivəsində futzal turniri keçirilir
-
17:42
"Şəki Siti" "Göygöl"ə belə qalib gəldi VİDEO
-
17:31
“Neftçi” yarımfinalın ilk oyununda uduzdu
-
16:59
Azərbaycan millisi Avropa çempionatına tam heyətlə hazırlaşır
-
16:15
Dadaşov üçün mövsüm başa çatdı
-
15:27
90-cı dəqiqədə meydana çıxdı, “Neftçi” - “Araz-Naxçıvan” oyununun ən yaxşısı seçildi
-
14:43
Azərbaycan gimnastları Çexiyada yarışacaqlar
-
14:36
Millimizin basketbolçusu: “Parisdə fəxri kürsüyə qalxmaq üçün mübarizə aparacağıq”
-
14:18
Bakıdakı Dünya Kubokunda Azərbaycanı təmsil edəcək gimnastlar bəlli olub
-
13:54
“Qarabağ” - “Neftçi” oyununun vaxtı açıqlandı
-
13:22
"Zirə" sabiq futbolçusunun vəfatı ilə bağlı başsağlığı verdi
-
13:05
Azərbaycanın 5 gimnastı Çexiyada beynəlxalq turnirdə iştirak edəcək
-
12:31
Paytaxtın abad məhəllələrində minifutbol yarışlarına start verilib
-
12:19
Şəhriyar Məmmədyarov Nicat Abbasova dəstək oldu
-
11:57
Musa "Yurqorden"in gənclər komandasında qol vurub
-
11:46
“Sumqayıt”ın yarımmüdafiəçisi: “Hələ heç nə bitməyib, mübarizə qabaqdadır”
-
11:30
Millimizin heyəti açıqlandı
-
11:23
"Valensiya" 3 xalı tək qolla qazandı VİDEO
-
11:08
Millimiz bu gün növbəti yoldaşlıq oyununu keçirəcək
-
10:52
“Atalanta” qələbəni əldən verdi VİDEO
-
10:35
Millimizin müdafiəçisi "Ludoqorets"ə qarşı oynadı
-
10:24
“Çelsi” “Everton”u darmadağın etdi VİDEO
-
10:11
“Zirə”nin sabiq müdafiəçisi vəfat edib
-
09:59
"Qalatasaray" ikinci hissədə coşdu VİDEO
-
09:47
İddiaçılar Turniri: Abasov Nakamuraya uduzub
-
09:30
"Fiorentina" öz meydanında büdrədi VİDEO
-
17:36
Azərbaycanlı basketbolçunun komandası Türkiyə Superliqasına vəsiqəni təmin edib
-
17:11
“Azərreyl” yarımfinalın ilk oyununda qələbə qazanıb
-
16:48
"Kəpəz"in futbolçusu üçün əlamətdar oyun