19 Aprel 2024, Cümə
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu

Ölkə futbolu

Ramin Musayev: “2001-ci ildə kiməsə 1 şillə vurub deyə, onu içəri salaq?”

Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev Futbolxeber.az saytına müsahibə verib.

- Bu gün Klublar Komitəsinin iclasında siz də iştirak etdiz. Deyəsən, iclas gərgin keçdi...

- Xeyr. Ümumi söhbət klublarla bağlı oldu. Bildiyiniz kimi, martın 11-də AFFA-nın Konfransıdı. Bugünkü iclasda klubların vəziyyəti ilə bağlı müzakirə apardıq. Əsas məsələ legionerlərə görə ödənilən rüsumla bağlı idi. Danışıb, razılaşdıq. Klubların problemi bizim problemdi. Bundan sonra klublar hər legioner oyunçuya görə 5 min manat ödəyəcəklər. Əvvəl bu məbləğ 20 min idi. 15 min endirim etdik. O vaxt Rövnəq Abdullayev 20 min deyəndə pul qazanmağı nəzərdə tutmamışdı. Məqsəd klubların səviyyəli legioner gətirməsi idi. Bu gün legioner oyunçuların sayı azalıb. Klubların da maddi durumu əvvəlki səviyyədə deyil.

- Legioner liminin dəyişdirilməsi də müzakirə olundu?

- Xeyr, bu məsələ barədə müzakirə aparılmadı.

- I divizionun son turu çərçivəsində baş tutan “Şərurspor” - “Göyəzən” (0:3) matçının danışılmış olduğu deyilir. PFL bununla bağlı hansı tədbir görəcəkmi?

- PFL-in bu məsələ ilə bağlı hər hansı qərar qəbul etməyə ixtiyarı yoxdu. AFFA-da şübhəli oyunlarla bağlı xüsusi komitə var. Onlar belə məsələləri nəzarətdə saxlayırlar.

- Daha əvvəl də həmin qurum araşdırmalar aparıb. Amma araşdırmalar heç vaxt müsbət nəticələnmir...

- Oyunun danışılmış olduğunu sübut etmək lazımdı.

- Nəyə görə bütün dünyada danışılmış oyunlar sübut olunur, amma Azərbaycan yox?

- Harda sübut olunub?

- Məsələn İtaliyada. 2006-cı ildə “Yuventus” “B” Seriyasına göndərilmişdi...

- Bir-iki belə nümunə ola bilər. İtaliyada “Yuventus” oldu, vəssəlam! Türkiyədə “Fənərbaxça”nın oyun alıb-satdığı sübut olundu. Amma birinci diviziona göndərilmədi.

- Əvəzində komanda avrokuboklardan kənarlaşdırdı...

- Birinci diviziona göndərməli idilər? Amma etmədilər. Elə bilməyin ki, bu təkcə Azərbaycandadır. Gəlin, belə deyək ki, əlimizdə lazımı qədər imkan yoxdur.

- Xaqani Məmmədovun qamqallı videosunda da sübut yox idi?

- Xaqani Məmmədov nə edib? Onun vəkili deyiləm. Amma 2001-ci ildə kiməsə 1 şillə vurub deyə, onu içəri salaq? Neyniyib, Xaqani Məmmədov? Əccəb edib. Elə danışırsız ki, Xaqani Məmmədov sanki xalq düşmənidir. Niyə ona gördüyü digər işlər müzakirə olunmur? Xaqani Məmmədov Hakimlər Komitəsinin sədri olandan sonra hakimlərimizin səviyyəsi qalxıb. Baxın, Ömər Paşayev, Rəvan Həmzazadə, Əliyar Ağayev, Rəhim Həsənov kimi hakimlər yetişib. Əvvəl bvunlar 15 ilə yetişirdi, indi 3 ilə. Rüşvətin yığışdırlmasına baxın. Belə şeylərə diqqət edin. Bunların səbəbkarı Xaqanidir. Əmimoğlu, xalamoğlu, yerlim deyil. İnsan düzün danışmalıdır, vicdanla danışmalıdır. Kimlərəsə xoş gəlsin deyə danışmaq düzgün deyil. Mən əsgərlikdə olanda bir litvalını döyüb şikəst eləmişdim. İndi məni tutmalıdılar? Bu, Xaqaniyə ləkə yaxmaq üçün atılan addım idi. Onu ortaya çıxaran insanlar niyə 15 ildə bunu etmədi? Əliyar Ağayev Avroliqanın qrupunda oyun idarə etdi deyə, ortaya çıxardılar.

- Mövsümün ikinci yarısında hakimlərin idarəçiliyi sizi qane edir?

- Hakimliyin qane etməsi sualı düzgün deyil. Vacib odur ki, qərəz olmasın.

- “Zirə”  - “Neftçi” (3:0) oyununda Fariz Yusifovun Cavid İmamverdiyevə qırmızı vərəqə verməsi qonaqların konkret narazılığına səbəb oldu və məğlubiyyəti bununla əlaqələndirirlər...

- Eşitməmişəm. “Neftçi” rəhbərliyi ilə bu gün iclasda yanaşı oturmuşduq. Amma mənə bu barədə heç nə demədilər. Heç etiraz etməyiblər.

- Oyundan sonra futbolçular, məşqçilər narazılıq edirdi. Hətta, “Neftçi”nin məşqçisi Səttar Əliyev bu barədə protokola da qeydlərini yazıb.

- Həmin oyunda hakimin səhvi olub. Amma məğlubiyyəti sırf buna bağlamaq olmaz. Hakim günahından komanda 1:0 uduzar, 3:0 yox.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30