29 Mart 2024, Cümə
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

Klublar Komitəsinin növbəti iclası baş tutdu

“Boulevard Hotel”də Klublar Komitəsinin (KK) növbəti iclası keçirilib. Futbolxeber.az-ın məlumatına görə, iclasda AZAL-ın vitse-prezidenti, komitənin sədri Fikrət Hüseynov, "İnter"in prezidenti Rəşad Qasımov, "Zirə"nin prezidenti Vüqar Astanov, "Sumqayıt"ın prezidenti Kamran Quliyev, "Xəzər Lənkəran"ın menecer Elvin İsmixanov, "Qəbələ"nin vitse-prezidenti Fariz Nəcəfov, "Qarabağ"ın baş meneceri Asif Əsgərov, "Kəpəz"in Müşahidə Şurasının üzvü Mikayıl Nərimanoğlu, "Neftçi"nin icraçı-direktorunun müavini Mübariz Xudiyev, "Rəvan"ın vitse-prezidenti İlqar Axundov, Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev və AFFA-nın hüquqşünası Rəmiş Malıyev iştirak edib.

Tədbirdə aşağıdakı məsələlər müzakirə olunub:

1. Gəncə şəhərində "Kəpəz" klubunun ev oyunlarının keçirildiyi stadion barədə müzakirə

2. İcraiyyə Komitəsində müzakirə üçün Klublar Komitəsi tərəfindən irəli sürülən təkliflər  (legioner rüsumu, məşq təzminatl)

3. Oyunçuların statusu və transferi haqqında Əsasnamənin müzakirəsi

4. Digər məsələlər




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31