29 Mart 2024, Cümə
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

Kamal Bayramov: “Zirə” hər zaman rəqibin yox, öz oyununu düşünür”

“Zirə”nin qapıçısı Kamal Bayramov Futbolxeber.az saytına müsahibə verib.

- “Neftçi” üzərində qazandığınız 3:0 hesablı qələbə çoxları üçün gözlənilməz oldu. Bu nəticəni gözlənilməz hesab etmək olar?

- “Neftçi”ni böyükhesabla məğlub edəcəyimizi gözləmirdik. “Neftçi” hansı vəziyyətdə olur-olsun, ən köklü klublardan biridi. Oyun gərgin keçdi. Qarşılaşmaya yaxşı hazırlaşmışdıq. Meydanda da inamla mübarizə apardıq və qələbə qazandıq.

- Bu qələbədə həlledici amil nə oldu?

- Həlledici amil bizim oyunumuz oldu. “Zirə” hər zaman rəqibin yox, öz oyununu düşünür. “Neftçi” ilə qarşılaşmada da vaxtı-vaxtında verilən tapşırıqları yerinə yetirdik. Səbirli oyun sərgilədik. Sona kimi rəqibin səhvini gözlədik

- “Neftçi” tərəfi düşünür ki, oyunun taleyini qırmızı vərəqə həll etdi. Bu fikirlə razısan?

- Düzdür, rəqibin azlıqda qalması bizə üstünlük yaratdı. Amma “Neftçi” 10 nəfərlə qalanda da oyun sistemimizi pozmadıq. Öz şansımızı gözlədik. Axıra qədər eyni sistemlə çıxış etdik.

- Səncə hakimin qırmızı vərəqə qərarı haqlı idi?

- Hakimin verdiyi qərara hörmətlə yanaşmaq lazımdı. Cavid İmamverdiyev sarı vərəqə almışdı. Daha sonra isə hakim onu simulyasiya görə cəzalandırdı. Dəqiq fikir yürütmək üçün epizodun təkrarına baxmaq lazımdı. Yəqin ki, hakimin qərarı haqlı olar.

- Son zamanlar meydana çıxmırdın. “Neftçi” ilə oyunda start heyətində yer alacağını gözləyirdin?

- Həqiqətən də çoxdandı oynanmırdım. Antalya toplanışı zamanı zədə almışdım. Buna görə də bir qədər çətinliklər oldu. Amma hər zaman üzərimdə çalışıram. Əlimdən gələni edirəm ki, baş məşqçinin verdiyi tapşırıqları yerinə yetirim.

- Hazırda “Zirə” lider “Qarabağ”dan cəmi 4 xal geri qalırsız. Növbəti turda da məhz Ağdam klubu ilə qarşılaşacaqsız. “Zirə”nin çempion olması nə dərəcədə realdı?

- Bizim əsas məqsədimiz öz oyunumuzu göstərmək, inamlı çıxış etməkdi. Rəqiblərin xal itirməsi ilə maraqlanmırıq. Biz ilk növbətə xallarımızı toplayıb, üzərimizə düşəni etməliyik. Sonda necə olacağını isə zaman göstərəcək. Yekunda hər şey mümkündü.

- Qarşıdan kubok oyunu gəlir. “Zirə”nin gücü iki cəbhədə mübarizə aparmağa çatacaq?

- Heyətimiz genişdi. Hər oyuna fərqli heyətlə çıxırıq. Məşqçilər korpusu da bütün futbolçulara inanır. Hesab edirəm ki, hər iki cəbhədə sona kimi mübarizə aparmağa gücümüz çatacaq.

- Qeyd etdiyin kimi, “Zirə” demək olar ki, hər tur fərqli heyətlə oynayır. Futbolçular dəyişsə də, komandanın oyun sistemi dəyişmir. Bu nədən irəli gəlir?

- Məşqdə hamıya eyni tapşırıq verilir. Biz də çalışırıq k, həmin tapşırıqları yerinə yetirək. Hər dəfə dəyişiklik olsa da, meydana çıxanların hər biri eyni vəzifəni yerinə yetirir. Buna görə də komandanın oyun sistemi dəyişmir.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31