29 Mart 2024, Cümə
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

Qurban Qurbanov: “1 saata yaxın rəqib qapısına zərbə vura bilmirdik”

“Çox gərgin oyun oldu. Müdafiədə intizamlı çıxış edən komandaya qarşı oynayırdıq. Rəqib oyuna çox ciddi hazırlaşmışdı”. Futbolxeber.az-ın məlumatına görə, bu sözləri “İnter”lə oyunda sonra “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov deyib.

Təcrübəli mütəxəssis 1:1 hesabı ilə yekunlaşan görüşü belə şərh edib: “Bir epizodda diqqətsizlik etdik və qol buraxdıq. Ancaq ikinci hissədə sürət və mübarizə artdı. Bir xal qazanmaqla xalımızı artırdıq. Nəticəyə pis deməzdim. "İnter"lə oyun həmişə olduğu kimi həm maraqlı, həm də çətin keçdi”.

Qurbanov rəqibin müdafiə xəttində inamlı çıxış etdiyini vurğulayıb: “1 saata yaxın rəqib qapısına zərbə vura bilmirdik. Rəqibin müdafiəçi xəttində təcrüəbli futbolçular var və belə komandaya qarşı tez-tez qol epizodu yaratmaq çətindir. Bunun üçün 90 dəqiqə eyni tempdə oynamaq lazımdır. Bizi qarşıda çətin və ağır oyunlar gözləyir”.

“Qarabağ”ın çalışdırıcısı sonda İcraiyyə Komitəsinə namizəd olmasına da münasibət bildirib: “Hələ ki hər hansı təkliflə bağlı düşüncəm yoxdu. Çünki heç nə məlum deyil. Üstəlik, orada tək bir nəfərin fikri əsas deyil, ümumilikdə qərar verilir”.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31