19 Aprel 2024, Cümə
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu

Ölkə futbolu

Elnur Cəfərov vətənə qayıtdı: “İspaniya klubuna keçidim həftənin sonuna kimi həll olunmalıdı”

İspaniya Sequndasında mübarizə aparan “Ovyedo”nun düşərgəsində baxışda olan “Xəzər Lənkəran”ın və millimizin futbolçusu Elnur Cəfərov vətənə qayıdıb. Futbolxeber.az-ın məlumatına görə, "Futbol+" qəzetinə açıqlamasında Cəfərov İspaniya səfərinin təəssüratlarını bölüşüb: “Məni orada gözlədiyimdən də isti qarşıladılar. “Ovyedo” Sequndada mübarizə aparmasına baxmayaraq, çox səviyyəli komandadır. Heyətində usta futbolçular yer alıb. Məşq prosesləri də fərqlidi. Bir sözlə, daha yüksəyə qalxmaq, futbolçu kimi “artlrmaq” üçün münasib komandadır. Transfer məsələsinə gəlincə, bu həftənin sonuna kimi həll olunmalıdır. “Ovyedo” rəhbərliyi keçidim üçün “Xəzər Lənkəran”a məktub ünvanlayacaq. Hər iki klubun rəhbərliyi arasında razılıq əldə olunandan sonra “Ovyedo” ilə müqavilə bağlayacam. Bu da o deməkdi ki, baxışda olduğum müddətdə ümidləri doğrultdum, məşqçilər korpusu məndən razı qaldı. Ovyedoda oteldə qalırdım. Dillə bağlı müəyyən çətinlik olsa da, futbolun dili birdi. Məşqlərdə çalışdırıcının verdiyi tapşırıqları yerinə yetirməkdə problem olmadı. Şəhər qədim tarixə malikdir, çoxlu gəzməli-görməli yerləri, tarixi abidələri var. Düzdür, orada olduğum müddətdə şəhəri çox gəzməyə imkanım olmasa da, Ovyedonu bəyəndim. Ümid edirəm ki, tezliklə yenidən oraya qayıdacam”.

Xatırladaq ki, “Xəzər Lənkəran” rəhbərliyi Elnura 50 min manat transfer haqqı qoyub. Bu məbləği ödəyən klub onunla müqavilə bağlaya bilər. Bəs görəsən, “Ovyedo” rəhbərliyi futbolçunun müqavilə ilə məxsus olduğu kluba tələb olunan məbləği ödəyəcək? Cəfərovun məsələyə reaksiyası belə olub: “İnanıram ki, “Xəzər Lənkəran” rəhbərliyi transferimə problem yaratmayacaq. Özləri də demişdilər ki, Avropaya yollanacağın halda qarşında “yaşıl işıq” yandıracağıq. Bir də yəqin ki, AFFA rəhbərliyi də keçidimə yardımçı olar. Hər halda İspaniyada oynamağım ölkəmizin də adına reklamdı. Məndə olan məlumat görə, hər şey xoş sonluqla başa çatmalıdır”.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30