24 Aprel 2024, Çərşənbə
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi
Tiaqo Silva: “Qələbə haqqımızdır”
“Aznur” və “Birbaşa Bakı” finalda

Ölkə futbolu

“Qəbələ”nin iştirak etdiyi “Aspire Tri Series” turnirinə yekun vuruldu

Qətərdə keçirilən “Aspire Tri Series” beynəlxalq turnirinə yekun vurulub. Futbolxeber.az-ın məlumatına görə, “Qəbələ” Futbol Akademiyasının, yerli “Aspire”nin və Fransa “Mets”inin üç müxtəlif yaş qrupundan olan komandalarının mübarizə apardığı yarışın son günündə “qırmızı-qaralar” meydan sahibləri ilə görüşüb. U-10 komandalarının oyununda Qətər təmsilçisi qalib gəlib – 7:1. “Qəbələ”nin yeganə qoluna Murad Abdullayev imza atıb. Ötən tur “Mets”ə 1:3 hesabı ilə uduzan Anar Surxayevin yetirmələri 3-cü yeri tutub. İlk oyununda fransalılara 5:4 hesabı ilə qalib gələn U-11 komandası da meydan sahibləri ilə matçdan xalsız ayrılıb - 0:4. Namiq Əliyevin yetirmələri turniri 2-ci pillədə başa vurublar. U-12-lərin mübarizəsində də qalib gələn “Aspire” olub - 4:2. “Qəbələ”nin qollarına Hüseyn Hüseynzadə və Cavad Kərimov imza atıblar. “Mets”ə də uduzan (1:7) Zaur Hacıyevin yetirmələri turnirin 3-cüsü olublar.

Qeyd edək ki, U-10 və U-11-lərin yarışında “Aspire”, U-12-lərin turnirində isə “Mets” qalib adına yiyələnib. Turnirin son oyunlarından sonra mükafatlandırma mərasimi keçirilib. Tədbirdə yarışın bütün iştirakçılarına xatirə hədiyyələri təqdim olunub.

 

 


gabalafc.az


Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30