28 Mart 2024, Cümə axşamı
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu
Millimiz Bolqarıstanla heç-heçə etdi

Ölkə futbolu

Bakı Olimpiya Stadionu 2015-ci ilin ən yaxşı arenaları səsverməsində 7-ci yeri tutub

2015-ci ildə dünyanın ən yaxşı stadionlarını müəyyənləşdirmək üçün aparılan səsvermənin yekunları açıqlanıb. Futbolxeberaz-ın "Report"a istinadən verdiyi məlumata görə, "StadiumDB"nin ardıcıl 6-cı dəfə keçirdiyi sorğuda Bakı Olimpiya Stadionu 15 arena arasında 7-ci yeri tutub.

68195 tamaşaçı tutumuna malik və tikintisi 775 milyon dollara başa gələn arena 28141 səs yığıb. Qalib adını 74097 səslə Meksikanın paytaxtı Mexikodakı "Estadio BBVA Bancomer" qazanıb. 53500 tamaşaçı tutumuna malik stadionun tikintisi 200 milyon dollara başa gəlib. Fransanın Bordo şəhərindəki "Matmut Athlantique" 43,394 səs yığıb. 42115 tamaşaçı tutumu olan arenanın inşasına 199,6 milyon dollar xərclənib. 3-cü yeri də Meksikadakı daha bir stadion tutub. Bu, Puebla şəhərindəki "Estadio Cuauhtemoc"dur. 41420 səs yığan arenanın tutumu 51726 nəfər, xərcləri 39,7 milyon dollar təşkil edir.

Bakı Olimpiya Stadionunu 37095 səslə İsrailin Beer Şeva şəhərindəki "Toto Jacob Turner Stadium" (16126 tamaşaçı, 63,1 milyon dollar), 34325 səslə ABŞ-ın Texas ştatındakı "Kyle Field" stadionu (102733 tamaşaçı, 485 milyon dollar) və 29210 səslə Polşanın Tıxı şəhərindəki "Stadion Miejski Tychy" (15150 tamaşaçı, 31,9 milyon dollar) keçib.

Qeyd edək ki, yanvarın 18-dən fevralın 19-dək davam etmiş səsverməyə 37677 nəfər qatılıb. Onlar ən yaxşı saydıqları 5 stadiona 5, 4, 3, 2, 1 xal veriblər. Daha çox səs Meksika, ABŞ, İsrail, Polşa və Fransadan ünvanlanıb.  




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31