18 Aprel 2024, Cümə axşamı
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu

Ölkə futbolu

Qurban Qurbanov üçün əlamətdar qələbə

Azərbaycan Premyer Liqasının XXII turunun “Neftçi” ilə oyunundakı 2:0 hesablı qələbə “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov üçün əlamətdar olub. Futbolxeber.az-ın məlumatına görə, 44 yaşlı mütəxəssis Azərbaycan çempionatlarında baş məşqçi kimi 150-ci qələbəsini qazanıb. O, buna 272-ci matçda nail olub. Hesabında 71 heç-heçə və 51 məğlubiyyət olan çalışdırıcı karyerası ərzində yalnız iki klubun baş məşqçisi olub. Qurbanov 150-ci qələbəsini qazandığı oyundakı rəqib “Neftçi”də başladığı çalışdırıcılıq karyerasındakı çempionat oyunlarında 19 qələbə qazanıb. 2006-07-ci illərdə baş məşqçisi olduğu “Neftçi”dən fərqli, “Qarabağ”da daha uzun müddət - 2008-ci ildən indiyədək çalışan Qurbanov bu klubla Premyer Liqada 131 qələbə əldə edib. Qurbanov Azərbaycan çempionatlarındakı qələbə sayında baş məşqçilər arasında 5-ci pillədədir.


pfl.az


Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30