19 Aprel 2024, Cümə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Ölkə futbolu

Unu(t)du(r)lan “Qızıl oğlan”...YAZI

Biz dahilərə əksər hallarda sağlığında qiymət vermirik. Çox uzağa getmək lazım deyil. Götürək Azərbaycan futbolunun dünyaya bəxş etdiyi 1 nömrəli istedadı - Anatoli Banişevskini. Eşitdiyimə görə, Banişevski kobud dildə desək, acından ölüb. Bu yaxınlarda isə “Neftçi” rəsmiləri Banişevskinin formasını “Marakana”nın muzeyinə hədiyyə etdilər. Mən acından öləndən sonra formamı hara hədiyyə edirlər, etsinlər. Bununla nə dəyişəcək ki?

Unutqanlığ, səfalət, forma - giriş deyəsən, bir qədər qəliz oldu. Əslində isə bu yazını yazmağımın bir səbəbi var. Bu da “google”di. Bəli, dünyanın ən böyük axtarış saytı. Bir neçə gün əvvəl təsadüfən “google”də Zaur Tağızadə yazdım. Maksimum 10 şəkil çıxdı. Hamısı da “keyfiyyətsiz”. Yəni, kiçik ölçülü. Deməyə söz tapmırsan. Hansısa “ucuz” bir müğənninin adını yazsan, halbuki bundan 10 qat artıq foto çıxacaq. Budur bizim “Qızıl oğlan”a verdiyimiz dəyər? Zaur o ləqəbi təkcə oyunu deyil, həm də insanlığı ilə qazanıb. Heç kim inciməsin, amma mənə görə Zaur müstəqil Azərbaycanın yetişdirdiyi 1 nömrəli futbolçudur. O avrokuboklarda 1 mərhələdən artıq uğur sevinci yaşamayıb, o Avroliqanın qrup mərhələsində oynamayıb. Amma yenə də o, futbolumuzun “Qızıl oğlan”ıdı. Bəxtsizlik, şanssızlıq, zədələr olmasaydı, karyerası daha parlaq alınacaqdı. Azərbaycan futbolu üçün çox iş görüb. Bəs biz onun üçün nə etmişik? 10 ildən sonra gənc nəsildən olan azarkeşlər “Qızıl oğlan”ı necə xatırlayacaqlar? Ümumiyyətlə, xatırlayacaqlarmı? Faktiki bu gün Zauru xatırladacaq 2 məqam var: 1 - “Neftçi”nin avtobusunun üstündəki fotosu; 2 - Vitor Bayanın ayaqları arasından keçirdiyi qolun videosu... Onlar da olmasa...

Son illər Zaur kölgəyə çəkilib. “Neftçi”dən ayrıldıqdan sonra “Qızıl oğlan”a “Qarabağ” sahib çıxdı. Tağızadə Ağdam klubunda seleksiyaçı məşqçi işləyir. Lakin gözdən uzaqdı. O qədər uzaqdı ki, ölkə prezidenti İlham Əliyev ötən il “Qarabağ”ı qəbul edərkən komanda ilə deyil, kənarda oturmuşdu. Çudomir Çakarov, Elxan Həsənov və 3 gənc futbolçu ilə birlikdə.

Könül istərdi ki, Zaur Tağızadə artıq özünü baş məşqçi kimi sınasın. Hər yaxşı futbolçudan yaxşı məşqçi çıxmır. Amma “Qızıl oğlan” bunu bacarar...

Bu günlərdə yeni inşa olunmuş “Azərsun Arena”da “Qarabağ” - “Neftçi” oyunu keçirildi. Könül istərdi ki, həmin oyunda topa ilk toxunuşu Tağızadə vursun. Amma kimdi buna imkan verən? Azarkeşlərə yenidən “Qızıl oğlan”ı xatırlarmaq, yaddaşları yeniləmək lazımdı. Futbol ictimaiyyətinin də, azarkeşlərin də, elə mətbuatın da bu “f5”ə çox ehtiyacı var. Zaur haqda saatlarla yazmaq olar. Oynadığı futboldan, vurduğu qollardan, etdiyi fədakarlıqlardan, “Neftçi”yə sadiqliyindən. 2005-ci ildəki “Qızıl oyun”dan sonra “Xəzər Lənkəran” “Qızıl oğlan”ı heyətinə qatmaq üçün nələr etmə(z)di ki...Gəl ki, Tağızadə pulu yox, “ağ-qaralar”ı üstün tutdu.

Zaur Tağızadə haqqında nə qədər yazsaq da bu, onun danışacaqlarının yerini verməz. Amma Tağızadə artıq illərdir mətbuatdan yan qaçır. Susqunluğunu “Futbolxəbər”də pozması ümidi ilə...

Futbolxeber.az

28.09.2015

Bu gün Zaur Tağızadənin 37 yaşı tamam olduğundan 5 ay əvvəl Futbolxeber.az saytında “Qızıl oğlan”la bağlı yazını yenidən təqdim etdik. 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30