29 Mart 2024, Cümə
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

Nizami Sadıqov: “Qələbə ilə başlamağımız yaxşı oldu”

“Turan Tovuz”un baş məşqçisi Nizami Sadıqov klubun mətbuat xidmətinə müsahibə verib. Futbolxeber.az həmin müsahibəni təqdim edir:

- Bildiyiniz kimi təlim-məşq toplanışını Tovuzda həyata keçirdik. Yanvarın 10-dan sonra toplaşdıq və hazırlıqlara start verdik. Komandanı ikinci dövrəyə hazırlamaqla yanaşı heyəti komplektləşdirmək və axsadığımız mövqeləri gücləndirmək üçün seleksiya işlərini də həyata keçirdik. Bu arada 7 yoxlama görüşü də keçirdik. Sonuncu dəfə isə Gürcüstan təmsilçisi “Rustavi” ilə oyunda komandanı yoxlamaq imkanımız oldu. Ümumilikdə hazırlığımızı normal dəyərləndirərdim.

- Yoxlama oyunları sizdə hansı təəssürat yaratdı? Komandanı hazır saymaq olarmı?

- Bu oyunlarda nəticə elə də vacib deyil. Əsas çatışmazlıqlarımızı aşkarlamaq və onları aradan qaldırmaq üçün məşqlərimizi o yöndə qurmaq istəyirdik. Bununla yanaşı yeni futbolçuları da sınaqdan keçirdik. Deyərdim ki, müsbətə doğru çox dəyişiklik oldu.

- Komandaya yeni qoşulan futbolçular haqda nə deyə bilərsiniz?

- Qeyd etdiyim kimi bəzi mövqelərdə çatışmazlıqlar var idi ki, onları aradan qaldırmaq üçün bəzi futbolçuarı sınaqdan keçirdik. Uyğunlaşma prosesi də demək olar ki, arxada qalır. Komandaya tam adaptasiya olmaları üçün biraz zamana ehtiyac var. Ümid edirəm onlar komandaya kömək edə biləcəklər.

- Heyəti tam komplektləşdirə bilmisinizmi?

- Demək olar ki, bəli. Bəzi çatışmazlıqların üzərində məşqlərdə çalışıb aradan qaldırmağa çalışacağıq. Komandanı ikinci dövrəyə hazır saymaq olar.

- Artıq ikinci dövrəyə start verildi. İlk oyunda “Göyəzən”i məğlub etdiniz...

- Meydançanın vəziyyəti yaxşı olmadığından tam potensialı meydanda yansıtmaq mümkün deyil. Bununla belə, qələbə ilə başlamağımız yaxşı oldu. Hətta daha böyük hesablı qələbə qazana bilərdik. Lakin bir-neçə qol epizodunu dəyərləndirə bilmədik.

- Komandanın qarşısına qoyulan məqsəd nədir?

- Əsas məqsədimiz mümkün qədər çox xal toplayıb ilk beşlikdə qərarlaşmaqdır. Bununla yanaşı gənc futbolçuları üzə çıxarıb onları komandamıza, futbolumuza qazandırmaq istəyirik. Artıq U-14, U-17 komandalarımızda çıxış edən bir-necə gənc və perspektivli uşaqları əsas heyətə cəlb emişik. Onları da diqqə mərkəzində saxlayıb, inkişaf etmələri üçün əlimizdən gələni edəcəyik.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31