25 Aprel 2024, Cümə axşamı
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi

Ölkə futbolu

Qurban Qurbanov: "15 futbolçu əsas heyətdə oynamağa layiqdi"

“Çox maraqlı matç oldu. Oyunun gedişatından da, nəticədən də razı qaldım”. Futbolxeber.az-ın apasport.az-a istinadən verdiyi məlumata görə, bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov deyib.

Premyer Liqanın XXII turu çərçivəsində öz meydanında “Neftçi” ilə qarşılaşan ağdamlıların çalışdırıcısı 2:0 hesablı qələbəni belə dəyərləndirib: "Neftçi" çox çətin rəqibdi. Sürətli futbol oynayırlar. Əsas odu ki, 3 xal qzanmağı bacardıq. Qarşıda bizi çətin oyunlar gözləyir. Qələbəyə görə futbolçuları və azarkeşləri təbrik edirəm. İkinci hissə xüsusilə yaxşı keçdi. Oyunun tempi aşağı düşmədi. Rəqibə gələn oyunlarda uğurlar arzulayıram”.

- Rahidin debütü hesabla bağlı idi?

- Rahid bir ay bizdən ayrı məşq etdi. Onu meydana buraxmağı əvvəlcədən planlaşdırmışdım.

- Reynaldonun Çin klubuna keçidi barədə nə deyə bilərsiz?

- Reynaldonu əvvəl də istəmişdilər. Bir müddət əvvəl ərəb klubları onun xidmətində maraqlı idi. Ancaq onun zədəsinin olması keçidə mane oldu. Əsas olan onun sağlamlığıdı.

- "Qarabağ"da həmişə heyətlə bağlı problemlər olurdu. Ancaq bu mövsüm bu cəhətdən problem yoxdu. Hansısa futbolçunun ehtiyatda qalaraq formadan düşəcəyindən narahat olmursuz ki?

- Bəli, buna görə narahat oluram. Heyətdə 15 futbolçu var ki, onlar daim əsas heyətdə oynamağa layiqdi. Ancaq elə şərait yaradıram ki, bu futbolçular hamısı şans qazansın.

- Qara Qarayevə son vaxtlar az şans verirsiniz. Bu, onun qışda Türkiyə klubuyla danışıqlar aparmasıyla bağlıdı?

- Yox. Bayaq da dediyim kimi, bizim komandada start heyətində şans qazanmağa layiq 15 futbolçu var. Qaranın bizimlə ilyarımlıq müqaviləsi var.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30