20 Aprel 2024, Şənbə
Ayxan Abbasovun həqiqətləri
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları

Ölkə futbolu

Pavel Paşayev rəsmən “Qəbələ”də

“Qəbələ” daha bir futbolçu transferini rəsmiləşdirib. Futbolxeber.az-ın məlumatına görə, “Qırmızı-qaralar” Azərbaycan milli komandasının futbolçusu Pavel Paşayevi heyətinə qatıb. 28 yaşlı müdafiəçi mövsümün sonunadək komandanın formasını geyinəcək. Ukraynanın “Atlant” (Kremençuq) klubunun yetirməsi olan Paşayev peşəkar karyerasına “Dnepr”də başlayıb. 2004-2014-cü illərdə bu komandanın üzvü olan müdafiəçi 2008 və 2012-2013-cü illərdə icarə əsasında “Krivbass”da çıxış edib. 2013-2014-cü illərdə “Karpatı”ya icarəyə verilən Pavel 2014-2015-ci illərdə Zaporojye “Metallurq”unun şərəfini qoruyub. Ukraynanın U-17, U-19 və U-21 yığmalarında da oynamış müdafiəçi bu ölkənin əsas millisində 2 yoxlama matçında iştirak edib. 2015-ci ildən Azərbaycan millisinə dəvət olunan futbolçu noyabrın 17-də Moldova ilə yoxlama matçında (2:1) komandada debüt edib.Xatırladaq ki, Paşayevə qədər “Qəbələ” qış fasiləsində Rəşad Eyyubovu da heyətinə qatmışdı (klub saytı).

"Qəbələ" TV-nin Pavel Paşayev haqda hazırladığı qısa video təqdimat: 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30