28 Mart 2024, Cümə axşamı
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

“Qəbələ”dən 10 qələbə

“Qəbələ”nin aşağı yaş qrupları üzrə komandaları AFFA-nın təşkilatçılığı ilə keçirilən yarışlarda növbəti oyunlarına çıxıb. Futbolxeber.az-ın məlumatına görə, akademiyanın yetirmələri son 11 matçdan onunda qələbə əldə edib. II dövrəyə “Qarabağ” üzərindəki səfər qələbəsi (3:0) ilə başlayan U-19 xal hesabını 31-ə çatdırıb. 12 oyun keçirən komanda turnir cədvəlinin 2-ci pilləsində qərarlaşsa da, 1 xal geridə qaldığı liderlə müqayisədə bir matç az keçirib. Səfərdə “Kəpəz”in qapısından 3 cavabsız qol keçirən U-17 15 oyunda 40 xal toplayaraq, 2-ci pillədə qərarlaşıb. 2 oyun az keçirən “qırmızı-qaralar” çempionatın potensial lideridir.

“Qarabağ”ı evdə 2:1 hesabı ilə yenən U-16 ardıcıl 17-ci qələbəsini əldə edib. Hesabında 51 xal olan komanda 100 faizlik nəticə ilə yarışın lideridir. Xal itirməyən U-15 isə ardıcıl qələbə sayını 24-ə çatdırıb. “Neftçi” İK İB ilə ev oyununda 3:0 hesabı ilə qalib gəldikdən sonra “qırmızı-qaralar”ın xal hesabı 72-yə çatıb.

Paytaxt regionunun Bakı zonasında mübarizə aparan U-13 komandamız ilin ilk matçında “Rəvan”a 8 cavabsız qol vurub. 10 matçda 21 xal toplayan “qırmızı-qaralar” 3-cü pillədə qərarlaşıb.

Şimal-Qərb və Qarabağ regionunun Qəbələ zonasında çıxış edən U-12 komandası Yevlax UGİM-ini 8:0 hesabı ilə məğlub edib. “Qəbələ” 11 oyundan sonra 31 xal toplayaraq 1-ci pillədə yer alıb. Eyni zonada çıxış edən U-11 “Daşqın”ı böyük hesabla yenib - 9:1. “Qırmızı-qaralar” 11 turdan sonra 100 faizlik nəticə ilə 1-ci pillədə qərarlaşıb. Ardıcıl 12-ci qələbəsini qazanan U-10 Şəki UGİM-ini 7:0 hesabı ilə məğlub edib. Komanda Şimal-Qərb və Qarabağ regionunun Qəbələ zonasının lideridir.

U-19 Qızlar Liqasında çıxış edən komanda XII turun matçında “Fidan”a uduzub - 2:5. Hesabında 14 xal olan “Qəbələ” 5-ci pillədə qərarlaşıb.

“Bakcell U-14 Elit kuboku”nun qrup mərhələsini 1-ci pillədə başa vuran “Qəbələ” növbəti iki mərhələdə də çətinlik yaşamayıb. 1/4 finalda Şimal-Qərb Elit yığmasını 7:1, yarımfinalda isə “Neftçi” PFK-nı 3:2 hesabı ilə məğlub edən komanda həlledici oyuna vəsiqə qazanıb. “Qırmızı-qaralar” fevralın 23-də keçiriləcək final matçında “İnter”lə üz-üzə gələcək.

 


gabalafc.az


Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31