25 Aprel 2024, Cümə axşamı
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi
Zubir Liqa 1 klubunun hədəfində

Ölkə futbolu

Şahin Diniyev: “Bizi 6 xallıq oyun gözləyir”

“Kəpəz” sabah Azərbaycan Premyer Liqasının XXII turunda Bakıda qarşılaşacağı “İnter” ilə oyunun hazırlıqlarını tamamlayıb. Futbolxeber.az-ın məlumatına görə, “Sarı-göylər” qarşıdakı matçın son məşqinə oyunun keçiriləcəyi “İnter Arena”da çıxıb.

Uzun müddətə sıradan çıxan Dario Frederikonu nəzərə almasaq komandanın heyətində itki yoxdur. Digər zədəlilərin olmaması və ötən tur cəzalı olan Budaq Nəsirovun sıraya dönməsi məşqçilər korpusunu sevindirir.

 “İnter” ilə matç öncəsi Gəncə klubunun baş məşqçisi Şahin Diniyev kapazpfc.az saytına açıqlama verib: “Bizi 6 xallıq oyun gözləyir. Rəqiblə turnir cədvəlində qonşuyuq. Liderlər qrupundan aralı düşməmək üçün hər iki komandaya uğur qazanmaq lazımdır. Ona görə matç həm bizim, həm də onlar üçün vacibdir. Bakı təmsilçisi uğura ac olan komandadır. Son oyunlarda yaxşı oynayıb qələbə qazana bilməyiblər. Bu səbəbdən “Kəpəz” ilə görüşdə qələbə qazanmağa və bu yolda bizə böyük problemlər yaratmağa çalışacaqlar. Deyərdim ki, şanslar bərabərdir”.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30