19 Aprel 2024, Cümə
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı
Millimizin heyəti açıqlandı

Ölkə futbolu

Təbriz Həsənov “Xəzər Lənkəran”ın ittihamlarına cavab verdi

“Xəzər Lənkəran” klubu U-17 millimizin baş məşqçisi Təbriz Həsənova qarşı ittiham irəli sürüb. Futbolxeber.az-ın məlumatına görə, Lənkəran klubunun mətbuat xidmətinin rəhbəri Hüseyn Cəbrayıloğlu sosial şəbəkədə U-17-yə dəvət alan “Xəzər Lənkəran”ın üzvləri Yusif Həsənov və İbrahim Qədirzadənin qarşıdakı Premyer Liqa matçları səbəbindən yığmaya buraxmaq istəmədiklərini qeyd edib. Klub rəsmisi vurğulayıb ki, buna qarşılıq olaraq Təbriz Həsənov həmin oyunçuları bir daha yığmaya çağırmayacağı ilə ittiham edib.

Məsələylə bağlı Təbriz Həsənovun da fikirlərini öyrəndik. Həsənov Futbolxeber.az saytına açıqlamasında cənub klubu ilə hər hansı bir problem yaşamadıqlarını qeyd edib: “Bu xəbəri bayaq 1 nəfərdən də eşitdim. Bilmirəm ki, bu xəbərlər hardan çıxıb? Hansı əsasla belə iddia ortaya atılır? Bizim “Xəzər Lənkəran”la aramızda heç bir problem olmayıb. Dünən “Xəzər Lənkəran”ın baş məşqçisi Elbrus Məmmədova 2 dəfə zəng vursam da, danışa bilmədik. Əvəzində köməkçim Mübariz Orucov Elbrus müəllimlə danışdı. Biz “Xəzər Lənkəran”ı da başa düşürük, oyunçuları azdı. Bu səbəbdən də razılığa gəldik ki, Yusif Həsənov sabahdan millinin düşərgəsinə qoşulacaq. İbrahim Qədirzadə isə toplanışa qatılmayacaq, klubun düşərgəsində qalacaq. Yenə deyirəm, “Xəzər Lənkəran”la buna qədər aramızda heç vaxt problem olmayıb. Klub rəhbərliyi ilə münasibətimiz yaxşıdı. Daim bütün məsələlərdə razılığa gəlmişik. Adıçəkilən hər iki uşaq da tərbiyəlidir. Mənim onları ittiham etməyim qeyri-mümkündü”.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30