28 Mart 2024, Cümə axşamı
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

Ruslan Abışov komandayla məşq etdi

Azərbaycan Premyer Liqasının XXII turunda “Rəvan”la qarşılaşacaq “Qəbələ” oyunun hazırlıqlarına start verib. Futbolxeber.az-ın məlumatına görə, XXI turun fevralın 14-də keçirilən “Sumqayıt”la ev matçının (1:0) ertəsi günü hazırlıq keçib, ardınca bir günlük istirahətə buraxılan “qırmızı-qaralar” Qəbələ şəhər stadionunda məşqə çıxıb. Bugünkü hazırlıq prosesi iki hissədən ibarət olub. Roman Qriqorçukun yetirmələri əvvəl fiziki hazırlıq keçib, ardınca toplu çalışmalarla məşq edib. Məşq prosesində zədəli futbolçular - Aleksey Antonov və Dodo iştirak etməyiblər. Bir müddətdir fərdi məşq edən Ruslan Abışov komanda ilə birlikdə ilk məşqinə çıxıb. “Qəbələ” növbəti məşqini sabah keçirəcək. Hazırlıq prosesi günün ikinci yarısında Qəbələ şəhər stadionunda baş tutacaq.

Xatırladaq ki, “Rəvan” - “Qəbələ” oyunu fevralın 21-də keçiriləcək. “Bayıl Arena”da baş tutacaq qarşılaşmanın start fiti saat 16:00-da veriləcək (klub saytı).

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31