24 Aprel 2024, Çərşənbə
Zubir Liqa 1 klubunun hədəfində
U-17 millimiz Belarusa məğlub oldu
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi

Ölkə futbolu

Rahid “Neftçi”yə qarşı oynayacaq?

“Qarabağ”a keçdikdən sonra hələ də rəsmi oyunda iştirak edə bilməyən Rahid Əmirquliyevin zədəli günləri başa çatıb. Futbolxeber.az-ın apasport.az-a istinadən verdiyi məlumata görə, 27 yaşlı yarımmüdafiəçi tam sıraya dönüb.

Əmirquliyev zədəli olduğundan, III dövrənin AZAL, “Xəzər Lənkəran” və “Kəpəz”lə oyunlarında komandasına kömək edə bilməmişdi. Belə olan halda, Rahidin “Qarabağ”ın heyətində debütü yubanmışdı.

Millimizin üzvünün yaşıl meydanlara qayıdışı üçün artıq heç bir əngəl qalmayıb. Hazırda özünü yaxşı hiss edən Əmirquliyev kollektivlə birgə məşqlərə də qatılıb. Baş məşqçi Qurban Qurbanov şans verəcəyi təqdirdə, Rahid Azərbaycan Premyer Liqasının XXII turu çərçivəsində “Neftçi”yə qarşı oynaya biləcək.

Bu isə o deməkdi ki, “ağ-qaralar”la oyunöncəsi “Qarabağ”ın heyətlə bağlı problemi qalmayıb. “Kəpəz”lə matçda aldığı zədə ilə əlaqədar, başına tikiş qoyulan Rəşad Sadıqov da özünü yaxşı hiss edir və “Neftçi” ilə matçda meydana çıxa biləcək.

Qeyd edək ki, əzəli rəqiblərin görüşü şənbə günü keçiriləcək. 21 turdan sonra “Qarabağ” 44 xalla turnir cədvəlində 1-ci, “Neftçi” isə 31 xalla 6-cıdı. 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30