25 Aprel 2024, Cümə axşamı
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi
Zubir Liqa 1 klubunun hədəfində

Ölkə futbolu

Zenyov: “3 xal qazanmaqla bunun öhdəsindən gəldik”

“Qəbələ” Azərbaycan Premyer Liqasının XXI turunun ev oyununda “Sumqayıt”ı 1:0 hesabı ilə məğlub edib. Futbolxeber.az-ın məlumatına görə, zədə üzündən ötən turun “İnter”lə qarşılaşmasını buraxmalı olan Sergey Zenyov dönüşünü qol ötürməsi ilə qeyd edib. Cinahdakı fəallığı ilə seçilən estoniyalı Ermin Zetsin qələbə qolunda assistent kimi çıxış edib. Sergey oyun haqda fikirlərini gabalafc.az saytına açıqlayıb:  “Sumqayıt”la oyun ağır oldu. Bu qarşılaşmada nəticə vacib idi. 3 xal qazanmaqla bunun öhdəsindən gəldik. Çünki qalib gəlməli idik və başqa heç bir nəticə bizi qane etmirdi. Belə sıx müdafiə olunan komandaya qarşı oynamaq xüsusilə çətin olur. Çünki möhkəm müdafiə səddini yarmalı olursan. Sevinirəm ki, bunu bacarıb 3 xal əldə etdik. Təbii ki, matçdan əvvəl rəqibin necə oynayacağını təsəvvürümüzə gətirib, matçın axarını təxminən bilirik. Qarşılaşmalara da buna uyğun hazırlaşırıq. Bu, “Sumqayıt”la da ilk oyunumuz olmadığından necə mübarizə aparacağımız öncədən bəlli idi”.

Matçın ən yaxşılarından olan hücumçu öz oyununu dəyərləndirib, həmçinin növbəti turun “Rəvan”la görüşü haqda fikirlərini bildirib: “Özüm qol vurmasam da, oyunumdan razı qaldım. Hər halda, məhsuldar ötürmə verməyim sevindiricidir. Qol imkanlarımız daha çox oldu. Bu, sevindirici məqamdır. Amma təəssüf ki, istifadə edə bilmədik. Daha çox fərqlənməyimiz mümkün idi. Lakin əsas odur ki, lazım olan nəticəni əldə edib, qalib gəldik. Növbəti oyundakı rəqibimiz “Rəvan” da elə komandadır ki, əsasən müdafiə olunur. Həmin görüşdə də böyük, çətin səddi yarmalıyıq. Ümid edirəm ki, həmin oyunda bunun öhdəsindən daha yaxşı gəlib, daha çox qol vuracağıq”.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30