29 Mart 2024, Cümə
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

Prosineçki: “Gəncədə çılğın və böyük azarkeş ordusu gördüm”

Azərbaycan Premyer Liqasının XXI çərçivəsində keçirilən “Kəpəz” - “Qarabağ” matçını yığma komandanın baş məşqçisi Robert Prosineçki də izləyib. Futbolxeber.az-ın məlumatına görə, Prosineçkini Nizami yurduna ilk səfərində köməkçisi, Gəncə futbolunun yetirməsi Mahmud Qurbanov müşayət edib.

Matçdan sonra millinin baş məşqçisi kapazpfc.az saytının suallarını cavablandırıb. Xorvatiyalı çalışdırıcı öncə Gəncə klubunun çempionatdakı çıxışına münasibət bildirib: “Kəpəz” cari mövsümdə çox yaxşı təsir bağışlayır, uğurlu nəticələr qazanır. Belə çıxış bizim diqqətimizi çəkməyə bilməz. Bu komandada yaxından izlədiyim oyunçular var. Onlardan bəzilərini ötən il millinin heyətinə cəlb etmişdim. İndi də yığmada görmək istədiyim futbolçular var. Hələlik onların adını çəkmək istəmirəm. Çünki bu haqda danışmaq bir qədər tezdi. Zamanı gələndə heyəti açıqlayacağıq və onda adlar məlum olacaq”.

“Qarabağ”la oyunda qol vuran Namiq Ələsgərovun çıxışı Prosineçkini ürəyincə olub. Yarımmüdafiəçinin oyununu yüksək qiymətləndirən çalışdırıcı millinin qapılarının onun üzünə açıq olduğunu deyib: "Meydanda olan milli üzvlərindən razı qaldım. Bu mənada Namiqi ayrıca qeyd etmək istərdim. Bilirsiz ki, ötən il bu futbolçunu Maltaya qarşı oyunda milliyə dəvət etmişdim. Təəssüflər olsun ki, həmin görüşdə ağır zədələndi və bir neçə ay idi ki, futboldan kənarda qalmışdı. Çox xoşdur ki, uzun fasilədən sonra Namiq yaxşı formada meydançaya qayıdıb. Mən buna ancaq sevinirəm. Bu cür çıxışını davam etdirsə və zədə ilə bağlı çətinliyi olmasa, onu gələn ay Türkiyədə keçiriləcək təlim-məşq toplanışına çağıracağam”.

Azərbaycan yığma komandasının baş məşqçisi Gəncədə azarkeş çoxluğundan razılıqla bəhs edib. Prosineçki “Kəpəz” fanatlarının möhtəşəm olduğunu vurğulayıb: “Mən Gəncədə çılğın və böyük azarkeş ordusu gördüm. Onların komandaya böyük dəstək verməsi və ümumiyyətlə, stadiona bu qədər fanatın gəlməsi çox sevindicidir. İnanıram ki, millinin oyunları bu stadionda baş tutsa, görüşləri izləmək üçün daha çox azarkeş gələcək. Bu qədər azarkeş onu göstərir ki, Gəncədə insanlar futbolu çox sevirlər".




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31