18 Aprel 2024, Cümə axşamı
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu

Ölkə futbolu

“Rəvan”ın rekord seriyası qırıldı

“Rəvan” klubunun səfər oyunlarındakı seriyaları qırılıb. Futbolxeber.az-ın məlumatına görə, XII turun ötən il noyabrın 11-də keçirilən “Neftçi” ilə səfər oyununda 3:2 hesabı ilə qalib gələn Bəhmən Həsənovun yetirmələri rəqib meydanlarında ardıcıl 5 heç-heçə edib. “Qəbələ” (1:1), “Kəpəz” (0:0), son 3 turda isə “Sumqayıt” (3:3), “Xəzər Lənkəran” (0:0) və “Neftçi” ilə matçlarda bərabərlik əldə edən “Rəvan”ın sülh seriyası XXI turda qırılıb. “Zirə”yə 1:2 hesabı ilə yenilən “sarı-qırmızılar” ardıcıl 3, səfərdə 5 matçlıq heç-heçə seriyasını davam etdirə bilməyib. Bununla da komanda Azərbaycan çempionatları tarixinin yeni rekorduna imza atmaq şansını qaçırdıb. “Rəvan” ardıcıl 5 səfər oyununda heç-heçə edən ikinci klub kimi tarixə düşsə də, “Viləş”in 2000-ci ildəki göstəricisini arxada qoya bilməyib. 16 il öncə Masallı təmsilçisi məhz 5 dəfə rəqib meydanlarından 1 xalla dönmüşdü.

Rekorda şərik olan paytaxt təmsilçisinin səfərdəki məğlubiyyətsizlik seriyası isə 6-da qalıb. “Neftçi” üzərində qələbə və 5 heç-heçədən öncə - oktyabrın 28-də “Qarabağ”a 0:1 hesabı ilə uduzan Həsənovun yetirmələri 110 gündən sonra rəqib meydanında xalsız qalıb. Səfərdə ən uzun məğlubiyyətsizlik seriyası 2000-01-ci illərdə 21 oyun yenilməyən “Şəmkir”ə məxsusdur (pfl.az).




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30