25 Aprel 2024, Cümə axşamı
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi

Ölkə futbolu

Məşqçilər Komitəsi milli üzvləri ilə görüşdü

Bu gün AFFA Futbol Mərkəzində yerləşən Milli Komandaların Təlim-Məşq Mərkəzində AFFA-nın Məşqçilər Komitəsinin üzvləri 19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığma komandası ilə görüşüblər. Futbolxeber.az-ın məlumatına görə, baş məşqçi Nazim Süleymanov fevralın 5-dən etibarən təlim-məşq toplanışında olan komandanın hazırlıq prosesi, məşqlər və yoxlama oyunları barədə ətraflı məlumat verib, gələcək planlar barədə danışıb.

Məşqçilər Komitəsinin sədri Vaqif Sadıqov, komitənin üzvləri Ağasəlim Mircavadov, Şakir Qəribov və Böyükağa Hacıyev çıxış edərək müvafiq tövsiyələrini veriblər.

Qeyd edək ki, Məşqçilər Komitəsinin üzvləri fevralın 11-də AZAL, fevralın 13-də isə “Zirə” klubunun bazasında olub, klubların rəhbərliyi və məşqçi heyəti ilə görüşüb, məşq prosesini izləyiblər.

 

   


affa.az


Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30