20 Aprel 2024, Şənbə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Ölkə futbolu

Xaqani Məmmədov: "Məndən söz almaq istəyirsiniz?"

AFFA Hakimlər Komitəsinin sədri Xaqani Məmmədov Azərbaycan Premyer Liqasının son iki turunda eyni referilərin yer almasına münasibət bildirib. X.Məmmədov "Report"a açıqlamasında belə təyinatların normal olduğunu deyib.

Onun sözlərinə görə, hər hansı baş hakim ardıcıl bir neçə turun oyunlarına təyinat ala və ya almaya bilər: "Burada nə var ki? Harada yazılıb ki, bir hakim hər tur təyinat almamalıdır? Belə məsləhət oldu. Mən başqa heç nə deyə bilmərəm. Növbəti turdan sonra danışarıq".

Komitə sədri Fariz Yusifov, Əliyar Ağayevin ardıcıl 2, Orxan Məmmədovun isə 3 tura təyinat almamaları ilə bağlı danışmaq istəməyib: "Cəzalanıblar? Hər şey ola bilər. Məndən söz almaq istəyirsiniz?"

Qeyd edək ki, Premyer Liqanın XX və XXI turlarının oyunlarını eyni referilər idarə edib.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30