28 Mart 2024, Cümə axşamı
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

“Rəvan”da maaşlar ödənilir

Azərbaycan Premyer Liqasında mübarizə aparan Bakının "Rəvan" klubunda futbolçuların yanvar ayına olan maaşları ödənilib. Bu barədə "Report"a komandanın baş məşqçisi Bəhmən Həsənov məlumat verib.

Onun sözlərinə görə, məşqçilər heyətinin əmək haqlarını bu gün alacaqlar. Baş məşqçi bildirib ki, ötən ilin noyabr-dekabr borcları fərdi şəkildə futbolçulara hissə-hissə ödəniləcək. "Sarı-qırmızılar" bu gün Azərbaycan Premyer Liqasının XXI turunun son oyununda "Zirə"nin qonağı olacaq.

Qeyd edək ki, maddi problemlə üzləşən "Rəvan" klubu bir müddətdir futbolçuların maaşlarını ödəyə bilmir. Nəticədə bir neçə futbolçu komandanı tərk edib.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31