24 Aprel 2024, Çərşənbə
U-17 millimiz Belarusa məğlub oldu
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi
Tiaqo Silva: “Qələbə haqqımızdır”

Ölkə futbolu

Roman Qriqorçuk: “Təəssüf ki, yenə 1 qol vurduq”

“Qalib gəlməyimiz çox yaxşı oldu. Komanda yaxşı oyun göstərdi. Komandanın oyununu ona görə belə qiymətləndirirəm ki, qələbə qazandıq, daha çox hücumda olduq”. Futbolxeber.az-ın məlumatına görə, bu sözləri “Qəbələ”nin baş məşqçisi Roman Qriqorçuk deyib.

Ukraynalı mütəxəssis Azərbaycan Premyer Liqasının XXI turu çərçivəsində “Sumqayıt” üzərində qazandıqları 1:0 hesablı qələbəni belə şərh edib: “Böyük qüvvə ilə müdafiə olunan komandaya qarşı savadlı futbol nümayiş etdirdik. Sadə gedişlərdən istifadə etdik. Bu gün bir neçə qol vura bilərdik. Amma təəssüf ki, yenə 1 qol vurduq. Biz istədiyimiz ideal üslubda oynamasaq da, rəqibə uyğun, taktiki cəhətdən düzgün oynadıq. Bəzi əks-hücum imkanlarından da daha yaxşı istifadə edə bilmədik. Onları daha kəsərli sonluğa çatdırmaq olardı. Biz rəqibin kimliyindən asılı olmayaraq, eyni taktiki düzülüşə üstünlük veririk. Bu üzdən də iki dayaq yarımmüdafiəçisi ilə mübarizə apardıq. Belə müdafiə xəttini keçmək üçün oynadığımız üslub da yetərli idi. Sergey Zenyovun keçidlərindən sonra yenə qol vurmaq imkanlarımız da oldu” (klub saytı). 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30