19 Aprel 2024, Cümə
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı

Ölkə futbolu

Şahin Diniyev: "Oyunun ədalətli nəticəsi heç-heçə idi”

Azərbaycan Premyer Liqasının XXI turu çərçivəsində keçirilən “Kəpəz” - “Qarabağ” oyunundan (1:2) sonra hər iki komandanın baş məşqçisinin iştirakı ilə mətbuat konfransı reallaşıb. Futbolxeber.az-ın məlumatına görə, Gəncə klubunun baş məşqçisi Şahin Diniyev turun mərkəzi görüşü haqda belə danışıb: “Yəqin ki, siz də mənimlə razılaşarsız ki, bu oyun turun mərkəzi görüşünə oxşadı. Həm oyun, həm də gərginlik baxımından. Meydanda hər iki komanda tərəfdən təzyiq vardı, tərəflər bir-birindən ehtiyatlanırdı. Meydançanın hər qarışı uğrunda mübarizəli oyun oldu. Təvəzökarlıqdan uzaq olsa da, deyim ki, mənə elə gəlir oyunun ədalətli nəticəsi heç-heçə olmalı idi. Çünki hər iki komanda xala layiq idi. Standart vəziyyətlərdən iki kuryoz qol buraxdıq. İlk qoldan sonra futbolçularımız özündə güc tapıb hesabı bərabərləşdirdi. Bundan sonra kim qol vursaydı, həmin komanda da qələbə qazanacaqdı. Yetirmələrimə təşəkkür edirəm, bacardıqları qədər mübarizə apardılar. “Qarabağ”dan yalnız hesabda geridə qaldıq. İrəli baxmalıyıq, bizi bir-birindən çətin oyunlar gözləyir. Motivasiya olunmalıyıq. Uğur qazanmaq , turnir cədvəlində irəli getmək istəyiriksə, hər oyuna ciddi hazırlaşmalıyıq.Gələcək oyunlarda standartlarda buraxdığımız səhvləri təkrarlamamağa çalışacağıq” (klub saytı).




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30