19 Aprel 2024, Cümə
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı

Ölkə futbolu

Prosiçenki: “Həm “Qarabağ”, həm də “Kəpəz” yaxşı oynadı”

"Meydança ideal vəziyyətdə olmasa da, oyun xoşuma gəldi. Hər iki komanda yaxşı oynadı. Matçdan razı qaldım". Futbolxeber.az-ın məlumatına görə, bu sözləri millimizin baş məşqçisi Robert Prosineçki Azərbaycan Premyer Liqasının 21-ci turunun “Kəpəz” - “Qarabağ” oyunundan (1:2) sonra “CBC Sport” kanalına müsahibədə deyib.

O, “Kəpəz”in bu oyunda qol vuran oyunçusu Namiq Ələsgərov haqda suala belə cavab verib: “Namiq Malta ilə oyunda zədələnib uzun müddət yaşıl meydandan kənarda qalsa da, sevinirəm ki, bu gün o, klubunda yaxşı oynayır. Onun oyunundan həzz alıram. Namiq Azərbaycanın ən istedadlı futbolçularından biridir”.

R.Prosineçki mart ayında millinin təlim-məşq toplanışına dəvət edəcəyi futbolçular haqda danışmaq istəməyib: “U-21-dən milliyə layiqli oyunçular var. Amma ümumilikdə təlim-məşq toplanışımıza hələ 1 ay qalır. Ona görə də gəlin hələlik qarşıdakı hazırlığa kimi dəvət edəcəyimə toxunmayaq”.

Mənbə: qol.az




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30