23 Aprel 2024, Çərşənbə axşamı
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi
Tiaqo Silva: “Qələbə haqqımızdır”
“Aznur” və “Birbaşa Bakı” finalda

Ölkə futbolu

“Mançester Yunayted” məktəbi Bakı Olimpiya Stadionunda məşq keçdi

“Mançester Yunayted” futbol məktəbinin 42 nəfər gənc istedadı Bakı Olimpiya Stadionunu ziyarət edib. Futbolxeber.az-ın Bakı Olimpiya Stadionunun rəsmi saytına istinadən verdiyi məlumata görə, ziyarətin əsas məqsədi stadionun infrastrukturu ilə tanışlıq və gələcək təlimlər üçün ev sahibliyi məsələləri olub. Ziyarət zamanı uşaqlar texniki ərazilərdə stadion turu keçiblər və futbol oyunlarının pərdəarxası prosesləri ilə tanış olublar. 7-12 yaşarası olan gənc istedadlar yüksək nizam-intizam göstəriblər, stadion və meydança haqqında maraqlı suallar veriblər və sanki bir azərkeş kimi öz məşqçilərinə və valideynlərinə tribunadan nəğmələr söyləyiblər. Stadion turundan dərhal sonra gənc futbolçuların isinmə meydançasında məşqləri başlayıb. Yeri gəlmişkən, qeyd etmək istərdik ki, uşaqlar həftədə iki dəfə məşq keçirlər və hər həftə yoldaşlıq qarşılaşmaları təşkil edirlər.

Məktəbin baş məşqçisi Mik Bennet stadion haqqında bu fikirləri bildirib: “Olimpiya Stadionunun ot örtüyü çox yüksək keyfiyyətə malikdir, görkəmli infrastruktur burada məşq keçən bütün idmançılar üçün böyük motivasiya olur”.

Layihənin kordinatoru Ramin Həsənovun sözlərinə görə, uşaqlar stadionun atmosferindən məmnun qalıblar və ümid edir ki, onlar buraya yalnız məşqlər zamanı yox, həm də gələcəkdə peşəkar futbolçu olduqları zaman da gələcəklər.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30