19 Aprel 2024, Cümə
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı

Ölkə futbolu

“AZAL-Arena”da görüş: “İstəyirik ki, hamı dərdini deyə bilsin”

AFFA-nın Məşqçilər Komitəsinin üzvləri bu gün AZAL-ın düşərgəsinə baş çəkiblər. Futbolxeber.az-ın məlumatına görə, Vaqif Sadıqov, Ağasəlim Mircavadov, Şakir Qəribov və Böyükaga Hacıyevdən ibarət məşqçi heyəti “AZAL-Arena”ya gələrək əsas komandanın saat 11.00-da keçirilən məşqini izləyiblər. Məşqdən sonra AZAL-ın vitse-prezidenti Elşad Babayev və baş məşqçisi Tərlan Əhmədovla görüşən qonaqlar təxminən 1 saat ərzində həm klub, həm də ölkə futbolu ilə baglı bir sıra movzuları müzakirə ediblər.

Məşqçilər Komitəsinin sədri Vaqif Sadıqov ilk görüşü AZAL-da keçirdiklərini bildirərək bütün klublara baş çəkəcəklərini qeyd edib:”Əsas məqsədimiz klublarda çalışan həmkarlamızı dinləmək, problemlərini öyrənməkdir. İstəyirik ki, hamı dərdini deyə bilsin, birlikdə bütün çətinlikləri aradan qaldıraq. Biz istənilən məsələnin həllində öz köməyimizi göstərməyə hazırıq. Əsas məqsədimiz AFFA ilə klublar arasında qarşılıqlı əlaqəni qurmaq və mütəxəssislər arasında həmrəylik yaratmaqdır. Bu mənada ilk səfərimizi AZAL-a etdik. Son vaxtlar klubunuzun çıxışı bizdə ancaq xoş hisslər dogurur. Perspektivli və bacarıqlı futbolçulardan ibarət mübariz kollektiv yaradılıb. Burada bir çox yıgmalarda oynayan oyunçular var. Onları daim diqqət mərkəzində saxlayırıq”.

Daha sonra baş məşqçi Tərlan Əhmədov çıxış edib və həmkarlarına komandada görülən işlərlə bağlı məlumat verib. Əhmədov klubun strategiyasından danışaraq ehtiyyyat qüvvənin hazırlanmasına toxunub: “Uşaq futbol komandalarımızda xeyli istedadlı yeniyetmələr var. Biz onları diqqət mərkəzində saxlayırıq. Bu gün potensialı olan istənilən futbolçuya əsas komadanın qapıları açıqdır. Bizimlə mütəmadi məşqlərə cəlb olunan yeniyetmlər var. Milli komandaların məşqçiləri ilə daim ünsiyyətdəyik. Layiqli namizədimiz olanda onlara öz fikirlərimizi çatdırırıq. Rəhbərlik ehtiyyat qüvvənin hazırlanmasında və gələcəkdə öz yetirmələrimizdən ibarət komandanın qurulmasında maraqlıdır. Bu sahədə olan təşkilati problemlər yavaş-yavaş aradan qaldırılır”.

Məşqçilər Komitəsinin üzvləri Agasılim Mircavadov, Şakir Qəribov da öz fikirlərini bölüşüblər və onlar da AZAL haqda xoş sözlər söyləyərək müzakirəyə qoşulublar. Nəticədə AZAL-ın nümayəndələri uşaq futbolu və məşqçilərin attestasiyası haqda bir neçə təklif irəli sürərək onların AFFA-nın müvafiq qurumlarına çatdırılmasını xahiş ediblər (klub saytı).




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30