28 Mart 2024, Cümə axşamı
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

“Kəpəz” “Qarabağ”la oyuna Bakıda hazırlaşır

Bir günlük istirahətin ardından “Kəpəz” dünən məşqləri bərpa edib. Futbolxeber.az-ın məlumatına görə, komanda Premyer Liqanın XXI turunda “Qarabağ”la keçiricəyi ev oyununa Bakıda hazırlaşır. “Sarı-göylər” fevralın 12-nə kimi hər gün saat 13:00-dan başlayaraq məşq edəcək.

Gəncə klubu həftəlik məşq planına uyğun olaraq hazırlıq keçir. Heyətdə zədəli futbolçu yoxdu. Yalnız sarı vərəqə limitini dolduran Budaq Nəsirov cəzalı duruma düşdüyündən qarşıdakı matçı buraxacaq.

Komanda Ağdam təmsilçisi ilə oyunun son məşqini Gəncədə keçəcək. Belə ki, fevralın 13-də “Yenilməz Armada” doğma şəhərə gələrək matçın keçiriləcəyi arenada məşqə çıxacaq.

“Kəpəz”in Gəncə şəhər stadionundakı məşqi saat 16:00-da başlayacaq. Hazırlıq prosesi mətbuat və azarkeşlər üçün açıq olacaq (klub saytı).

 

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31