19 Aprel 2024, Cümə
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu

Ölkə futbolu

Sadıqovdan humanist addım

Ötən ilin yayında "Neftçala"dan AZAL-a keçən Rüfət Musayevdə xərçəng xəstəliyi aşkarlanıb. Futbolxeber.az-ın sportinfo.az-a istinadən verdiyi məlumata görə, 30 yaşlı müdafiəçinin sağ əlinin dirsək nahiyyəsində şiş yaranıb. İki aydı ağrılar hiss edən futbolçu Onkoloji Dispanserdə müayinədən keçib.

R.Musayev hazırda ev şəraitində müalicə olunur. Bir müddət belə davam edəcək. O, artıq iki kimyaterapiyaya məruz qalıb. Nə vaxt yaşıl meydanlara dönəcəyi hələ naməlumdu. Həkimlər tələsməməyi məsləhət görür.

AZAL futbolçusuna maliyyə yardımı edib. Sevindirici haldı ki, yardımsevərlərin siyahısı "təyyarəçilər"lə məhdudlaşmır. "Neftçi", "Qəbələ", "Qaradağ Lökbatan" və "Neftçala"  aksiyaya qoşulub. "Qarabağ" da dəstək kampaniyasından kənar qalmayıb.

Rəşad Sadıqovun təşəbbüsü ilə. Ağdam klubunun futbolçuları 3200 manat toplayaraq, Musayevin ailəsinə göndərib. Kapitan isə bundan əlavə iki dəfə Rüfətə kömək əlini uzadıb. 400 dollar bir, 200 manat bir.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30