17 Aprel 2024, Çərşənbə
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu
Qurbanov məğlubiyyəti şərh etdi
Sumqayıtda qalib aşkarlanmadı

Ölkə futbolu

“Bakı” AFFA prezidentinə müraciət etdi: “300 uşağın taleyinə laqeyd yanaşmaq olmaz”

“Bakı” klubu AFFA prezidenti Rövnəq Abdullayevə müraciət edib. Bu haqda Futbolxeber.az saytına paytaxt klubunun vitse-prezidenti Yaşar Seyidov məlumat verib. Klub rəsmisi ilk öncə “Bakı”nın akademiyasının geridə qalan illər ərzindəki fəaliyyətini dəyərləndirib: “Bakı” Futbol Klubunun akademiyası 2008-ci ildən fəaliyyət göstərir. Ölkə başçısı İlham Əliyev cənablarının imzaladığı “2005-2015-ci illərdə Azərbaycan Respublikasında futbolun inkişafına dair dövlət proqramı”nın icrası məqsədilə “Bakı” Futbol Klubu Binəqədi rayonu Biləcəri qəsəbəsində təlim-məşq bazası və Futbol Akademiyası inşa etdirib. 2011-ci ilin sentyabrında Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyev “Bakı” klubunun təlim-məşq bazasının açılışını edərək, görülən işlərə yüksək qiymət verib və bütün futbol klublarına belə təlim-məşq bazasının inşa edilməsini tövsiyə edib.

Hal-hazırda illərlə yaradılmış mükəmməl strukturun köməyi, yüksək ixtisaslı məşqçi və texniki heyətin, həmçinin məqsədyönlü aparılmış seleksiya işlərinin nəticəsidir ki, 300 gənc və perspektiv vəd edən futbolçu “Bakı” klubunun akademiyasında futbolun sirlərinə yiyələnirlər. Bu gün Azərbaycanın müxtəlif yaş qrupu üzrə milli komandalarında “Bakı”nın 35 yetirməsi çıxış edir. Klubumuzun adı “Bakı”dı, paytaxtı təmsil edir. Amma biz simvolik olaraq, ölkəmizin demək olar ki bütün şəhər və rayonlarından perspektivli gəncləri akademiyamıza cəlb etmişik”.

Seyidov qeyd edib ki, “Bakı”nın akademiyasının yetirmələri son mövsümdə də ölkə yarışlarında inamlı çıxış ediblər: “Hər il olduğu kimi, son mövsümdə də “Bakı”nın aşağı yaş qrupu üzrə komandaları inamlı çıxışla yadda qalıblar. 15 yaşlılardan ibarət komandamız “Kapital Bank U-15 Liqası”nın, 12 yaşlılarımız isə “Atena U-12 Liqası”nın qalibi olub. U-12 komandamız həmçinin “Əlincə turniri”nin və Klubların Futbol Akademiyalarının yarışında çempion olub. “Sabahın ulduzları”nda çempion olan U-13 komandamız Klubların Futbol Akademiyalarının yarışında, həmçinin Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş “Prezident Kuboku”nda birinci yeri tutub. U-14 komandamız “Elit Kuboku”nda, U-17 komandamız isə “Bakcell U-17 Liqa”sında bürünc medala sahib çıxıb”.

Yaşar Seyidov bildirib ki, 8 ildir Azərbaycan futboluna xidmət edən “Bakı” klubunun akademiyası hazırda maddi çətinliklər yaşayır: “Bakı” futbol klubu ölkə futbolu adına, Azərbaycanın beynəlxalq arenada yüksək səviyyəsində təmsil olunması üçün xeyli oyunçu yetişdirib. Bu gün futbolumuzda müəyyən maliyyə çətinlikləri var. “Bakı” klubu da bu prosesdən kənarda qalmır. Akademiyanın yetirmələrinin məşq etməsində, qidalanmasında, çempionat oyunlarında iştirakında maddi vəsaitə ehtiyac duyuruq. Uzun müddətdir ki, bütün bu çətinliklərə sinə gəlirik. Amma son zamanlar vəziyyət həddən artıq çətinləşib. Ona görə də AFFA prezidenti Rövnəq Abdullayevə müraciət etmək qərarına gəldik. Çətinliklərlə əlaqədar olaraq AFFA prezidentinin bizə yardım edəcəyini inanırıq. Hal-hazırda bu vəziyyətdən çıxmalıyıq. Ölkə başçımız kimi AFFA prezidenti də futbolumuzun inkişaf etməsini istəyir. Bu günə kimi Rövnəq Abdullayev daim Azərbaycan futbolunun inkişafı üçün böyük işlər görüb. “Bakı” da daim Azərbaycan futboluna xidmət edib. Klubumuzun Azərbaycan futboluna verdiyi töhfələri unutmaq olmaz. Xatırlayırsınızsa, 2012-ci ildə ölkəmizdə keçirilən qadınlar arasında dünya çempionatın məhz Azərbaycanda baş tutmasında “Bakı”nın az rolu olmayıb. İştirakçı komandaların hamısı çempionat zamanı “Bakı”nın bazasında məşq ediblər. İştirakçı komandaların hər biri istər yarış zamanı, istərsə də öz ölkələrində olarkən “Bakı”nın bazasından, klubumuzun infrastrukturundan ağızdolusu danışıblar”.

“Rövnəq Abdullayevə göndərdiyiniz məktub artıq qəbul olunubmu” sualını “Bakı” rəsmisi belə cavablandırıb: “Bəli, məktub artıq qəbul olunub. Hazırda AFFA-yla yanaşı, digər qurumlarla da danışıqlar aparırıq. Futbolumuzun inkişafını istəyən dövlət adamlarına da müraciət edəcəyik. Vəziyyət bu cür davam edə bilməz. Bu yaxınlarda hörmətli millət vəkilimiz Fazil Mustafa da çox gözəl qeyd etdi ki, 300 uşağın taleyinə laqeyd yanaşmaq olmaz. Biz AFFA prezidentinə müraciət etmişik və hazırda qarşı tərəfdən cavab gözləyirik. Müraciətə böyük ümidimlə yanaşırıq. İnanırıq ki, Rövnəq Abdullayev lazımi tədbirlər görəcək. Düşünmürəm ki, 300 futbolçunun taleyi həll olunan bir məqamda AFFA öz sözünü deməsin. Bir daha qeyd edirəm ki, AFFA prezidenti Rövnəq Abdullayevin “Bakı” klubunun akademiyasındakı çətinlikləri şəxsi nəzarətə götürəcəyinə və akademiyanın fəaliyyətinin davam etməsi ilə əlaqədar müvafiq tapşırıq və göstərişlərini verəcəyinə inanıram”.     




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30