24 Aprel 2024, Çərşənbə
Zubir Liqa 1 klubunun hədəfində
U-17 millimiz Belarusa məğlub oldu
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi

Ölkə futbolu

“Ad günü arzum mövsümü çempion kimi başa vurmaqdır”

Fevralın ilk ongünlüyü “Qəbələ”nin iki futbolçusu üçün əlamətdar olub. Futbolxeber.az-ın məlumatına görə, komandanın iki üzvü ardıcıl ad günlərini qeyd edib. Fevralın 8-də polşalı qapıçı David Pietrzkieviç 28 yaşını tamamlayıbsa, dünən də Azərbaycan yığmasının müdafiəçisi Arif Daşdəmirov 29-cu ad gününü keçirib. Əvvəllər də “qırmızı-qaralar”ın formasını geyinən, lakin komandadan ayrılan və 2015-ci ilin yayında yenidən kluba dönən oyunçular doğum günlərinə fərqli yanaşsa da, ortaq arzuya malikdirlər. Bu tarixi vətəndən kənarda qeyd etməsi adi hala çevrilən polşalı ad günündə arzu da tutduğunu və bu istəyini gabalafc.az-a açıqlayıb:

“Ad günümü komanda yoldaşlarımla qeyd etdim. Ailəmin yanımda olmasa da, artıq buna da adət etmişəm. Axı ardıcıl 6-cı ad günümdür ki, evimdən uzaqda qeyd etməli oluram. Yadımdadır 2 il əvvəl də Qəbələdəydim. İstərdim ki, növbəti ad günlərimi də burada qeyd edim. Bu əlamətdar günlə bağlı əvvəlki illərdən qeyri-adi xatirəm qalmayıb. Hər dəfə eyni şəkildə keçirirəm. Həmin tarixdə meydana çıxdığımı da xatırlamıram. Amma iki il öncə ad günüm ərəfəsində səfərdə “Sumqayıt”la qarşılaşdıq. Yadımdadır ki, 3:0 hesabı ilə qalib gəldiyimiz matçda qapımızı da toxunulmaz saxladım. İndi isə doğum günündən sonra bu rəqiblə oynayacağıq. Yenə eyni hesabla qalib gəlməyimizi istərdim. Dünən isə ürəyimdə ad günü arzusu tutdum ki, mövsümü çempion kimi başa vuraq”.

Ad günündə Azərbaycan Premyer Liqasının qızıl medallarını qazanmağı arzulayan qapıçı bu istəyin gerçəkləşməsi üçün mübarizə aparacaqlarını bildirib: “Komandamızın çıxışına gəlincə, hazırda qərarlaşdığımız mövqe bizə uyğun deyil. “Qəbələ” Azərbaycanın ən yaxşı komandalarındandır. Biz də çempionluq uğrunda mübarizə aparırıq. Baxmayaraq ki, liderlə xal fərqimiz var. Bunu aradan qaldırmaq mümkündür. Qarşıda vacib qarşılaşmalar var ki, onlar da qalib gəlməklə arzumu gerçəkləşdirməyə yaxın olacağıq. Müqaviləm bu ilin yayında bitsə də, “Qəbələ”də qalmaq istəyirəm. Növbəti ad günlərimi də burada qeyd etmək istərdim”.

Daşdəmirov ad gününə böyük önəm verməsə də, komanda yoldaşının arzusuna şərikdir. O da “Qəbələ”nin 1-ci yer uğrunda mübarizə aparacağını açıqlayıb: “Mövsümün ikinci yarısına iki səfər oyunu ilə başladıq. Gəncədəki ilk matçımız uğursuz alınsa da, “İnter”lə qarşılaşmada toparlana bildik. Həmin qarşılaşmada bacarığımızı nümayiş etdirib, vacib qələbə qazandıq. “İnter” zəif komanda deyil. Bu rəqibi məğlub etmək asan olmadı. Amma bunu bacardıq. Şadam ki, 3 xal qazanmaqla azarkeşlərimizi sevindirə bildik. Qarşıda “Sumqayıt”la görüş var. Necə olacağını söyləmək çətindir. Lakin bütün gücümüzü meydanda qoyacağıq ki, yenə qələbə qazanaq. Çünki çox xal itirmişik. Amma artıq komandamız çətinlikləri arxada qoyur. Bu üzdən artıq xal itirməməliyik. Əvvəlki xal itkilərinə baxmayaraq, hədəfimiz dəyişmir. Çempionluq uğrunda mübarizə aparacağıq. Düzdür, liderlə xal fərqini aradan qaldırmaq çətin olacaq. Ancaq hələ qarşıda 16 tur var, bu oyunlar çox dəyişikliyə səbəb ola bilər. Biz də 1-ci yer üçün mübarizəni davam etdirəcəyik”.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30