29 Mart 2024, Cümə
XXXI və XXXII turun oyun cədvəlləri
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə

Ölkə futbolu

“Qəbələ” məşqlərə başladı: Abışov fərdi, Zenyov komandayla məşq etdi

“Qəbələ” Azərbaycan Premyer Liqasının XXI turunun “Sumqayıt”la oyununun hazırlıqlarına start verib. Futbolxeber.az-ın məlumatına görə, XX turun fevralın 7-də keçirilən “İnter”lə səfər qarşılaşmasının (1:0) ertəsi gün hazırlıq keçib, ardınca bir günlük istirahətə buraxılan “qırmızı-qaralar” Qəbələ şəhər stadionunda məşqə çıxıb. Bugünkü hazırlıq prosesi iki hissədən ibarət olub. Roman Qriqorçukun yetirmələri əvvəl fiziki hazırlıq keçib, ardınca toplu çalışmalarla məşq edib. Məşq prosesində yalnız zədəli Aleksey Antonov iştirak etməyib. Bir müddətdir fərdi məşq edən Ruslan Abışov komandadan ayrı məşq edib. XIX turun “Kəpəz”lə Gəncədəki matçında zədələnərək, əvəzlənən Sergey Zenyov 10 günlük fasilədən sonra kollektiv çalışmalara qatılıb. Estoniyalı futbolçu komanda ilə birlikdə mövsümün ilk ev oyununa hazırlaşıb. “Qəbələ” növbəti məşqini sabah keçirəcək. Hazırlıq prosesi günün ikinci yarısında baş tutacaq.

Xatırladaq ki, “Qəbələ”- “Sumqayıt” oyunu fevralın 14-də keçiriləcək. Qəbələ şəhər stadionunda baş tutacaq qarşılaşmanın start fiti saat 17:30-da veriləcək.


gabalafc.az


Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31