18 Aprel 2024, Cümə axşamı
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu

Ölkə futbolu

Budaq Nəsirov: “Hər oyuna ən yaxşılardan biri olmaq üçün çıxıram”

“Kəpəz”in Azərbaycan Premyer Liqasının son turunda AZAL üzərindəki 2:0 hesablı qələbəsində rolu olan futbolçulardan biri də Budaq Nəsirovdur. Futbolxeber.az-ın məlumatına görə, gənc yarımmüdafiəçi qələbəyə qol və məhsuldar ötürmə ilə töhvə verdi. Kapazpfc.az saytına açıqlama verən Nəsirov bütün matçları yüksək səviyyədə keçirmək üçün meydanda var gücü ilə oynamağa çalışdığını söyləyib: “Hər oyuna ən yaxşılardan biri olmaq üçün çıxıram. Amma bunu son turda bacardım, qol vurdum və qol ötürməsi verdim. Bu, mənim üçün bir ilk idi. “Kəpəz”də qol hesabımı açdım, buna görə sevincliyəm. Davamını gətirməyə çalışacağam. Karyeram ərzində bir oyunda iki qol və ötürmə də vermişəm. U-17 və U-19 liqalarında, həmçinin aşağı yaş qrupları üzrə yığmalarda da belə oyunlarım olub. Ancaq ilk dəfə idi ki, peşəkar klubda bu cür fərqlənirdim”.

AZAL-a qarşı matçda Julien Ebaha assistentlik edən Budaq həm də komanda yoldaşının baxımlı qol vurmasına şərait yaratdı: “Əvvəlcə onu deyim ki, “Qəbələ” üzərindəki qələbədən sonra hamılıqla AZAL-la qarşılaşmada da üç xal qazanmağa çalışacağımızı söylədik. Bakı təmsilçisi ilə görüşə ciddi hazırlaşdığımızdan bizim üçün gözlədiyimiz qədər çətin olmadı. O ki, qaldı Ebahın fərqlənməyinə, o, yüksək səviyyəli hücumçudur. Bu cür qolları vurmağı bacarır. Yadınızdadırsa, “Rəvan”a vurduğu qol da yaxşı alınmışdı. Baş məşqçimiz Şahin Diniyev də yaxşı bilir komandaya necə hücumçu gətirmək lazımdır”.

Budaq mövcümün ikinci yarısının “Qəbələ” ilə start oyununda da kamerunlu futbolçuya məhsuldar ötürmə vermişdi. Nəsirovun reydi Ebahın hesabı açıması ilə nəticələnmişdi: “Julienə və ya digər fərqlənən futbolçuya kimin ötürməsi verməsi, ümumiyyətlə, qolu kimin vurmasının əhəmiyyəti yoxdur. Əsas olan qələbə qazanmaqdır. AZAL-a vurduğum qoldan sonra qolun sevincini yaşayarkən Ebahla diziüstə birlikdə əlimizi göyə qaldırmağınız Allaha dua etməyimizlə bağlı idi. Ebah inanclı futbolçudur. Mən Gəncə klubunun heyətində ilk qolumu vurduğumuz üçün Allaha şükür etdim”.    

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30